Xəbər lenti
Mübariz Mənsimovun fotoşopu aranı qatdı - yeni iddialar
İş adamı Azərbaycandakı bəzi media orqanlarını məhkəmə ilə hədələdi
İki gündür ki, azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla çəkdirdiyi fotolar sosial şəbəkə və mediada müzakirə mövzusudur. Müzakirəyə səbəb isə həmin fotoların fotoşop olması ilə bağlı iddialardır.
Manevr.az xəbər verir ki, “Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu azxeber.com-a açıqlamasında Mübariz Mənsimovla ABŞ prezidenti Trampın şəklinin fotoşop olduğunu təsdiqləyib: “”Palmali" şirkətlər qrupunun prezidenti ABŞ prezidentinin inauqurasiya mərasimində həqiqətən iştirak edib və orada müxtəlif şəxslərlə görüşüb. Mübariz Mənsimovun şəkilləri mətbuata ötürülən zaman şəkillər arasında öncədən hazırlanmış fotoshop olan şəkillər də göndərilib. Baş verən anlaşmazlıq texniki səhvin nəticəsində yaranıb. Ümid edirik ki, hər kəs bunu bu formada qəbul edər. Rəsmi şəkilləri sizin vasitənizlə ictimaiyyətə təqdim edirik".
Mövzu ilə bağlı Türkiyənin Dəniz Xəbər Agentliyinə özəl açıqlama verən M.Mənsimov bu cür iddiaların onu incitdiyini deyib. Azərbaycanlı iş adamı bildirib: “Mənim facebookda şəxsi hesabım yoxdur. Mənim adıma açılmış onlarla saxta hesab var. ABŞ prezidenti Trampla fotoşoplu şəkil saxta hesablardan birində yayımlanıb. Azərbaycanda bir media qurumu da bu saxta hesablardan fotoları götürərək, yayımladıqdan sonra onların fotoşop olduğunu yazaraq insan haqlarıma həqarət ediblər. Bundan başqa, ”Palmali" sirkərinin Bakı ofisindən bir dostumuz da bu fotoşoplu fotoları götürüb bir neçə yerə göndərib. ABŞ-ın hörmətli prezidenti Donald Trampla bir tanışlığımız var.
Prezident seçiləndən sonra 20 yanvar 2017-ci il tarixində keçirilən andiçmə mərasiminə dəvətli idim. Daha sonra Konqres Mərkəzində keçirilən dəvətə də qatıldım. Burada hörmətli prezident Trampla görüşmə imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa bir söhbətimiz oldu. Hətta ona ABŞ-da da ofis açacağımı dedim".
Facebookda adına açılan hesabla heç bir əlaqəsi olmadığını, bu hesabların fan və ya saxta hesablar olduğunu deyən Mənsimov eyni zamanda Azərbaycanda onunla bağlı həqarət xarakterli ifadələrə yer verən bəzi media orqanları barədə məhkəməyə də müraciət edəcəyini vurğulayıb. O, eyni zamanda sözügedən media orqanına tədbirdən çəkilmiş fotolarını və dəvətnaməsinin surətini də təqdim edib.
Bu arada sosial şəbəkədə M.Mənsimov tərəfdarlarının da fotoşoplu fotolar iddialarının müəlliflərinə qarşı apardığı söz savaşını unutmaq olmaz. Onlar iş adamı barədə bu cür iddiaları yayanların onun uğurunu qısqandıqlarını deyiblər. Tərəfdarların bəzi arqumentlərini nəzərə çatdıraq: “M. Mənsimovun bir çox ölkələrin prezidentləri və hegemon sayılan Rusiya dövlət başçısı Putinlə dostluq münasibətləri olduğunu bilmirsiniz ki? Trampın o ərəfələrdə bəlkə də heç prezidentlik sevdası da yox idi. Daha bir arqument isə ondan ibarətdir ki, Trampın Türkiyədəki binalarından dostluq jesti olaraq ilk 8 mənzili məhz Mənsimov alıb. Bundan başqa, Tramp Türkiyəyə gələndə onun təhlükəsizliyini Mənsimovun Palmalisinin Pal Güvenliği təmin edib”. Mənsimovun Trampla illərin dostu olması, onu şəxsən inauqurasiyaya dəvət etməsi də sadalanan arqumentlər arasındadır.
Ümumiyyətlə, tədbirdən çəkilən fotolardan birində M.Mənsimovun əlində mobil telefonla Trampla yanaşı dayanması görünür. Bu da azərbaycanlı iş adamı və onun tərəfdarlarının ən güclü sübut qismində paylaşdığı fotodur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar