Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA

Tarix: 11-12-2020 22:18     Baxış: 4344 A- / A+
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA


44 günlük müharibə başa çatdı. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq Meydanında qalib və müzəffər Ordumuzun Zəfər Paradı keçirildi.

Burada II Qarabağ Müharibəsində iştirakı olan generallar yürüş etdilər. Zəfər Paradından sonra belə bir sual yaranıb. Azərbaycanda Ordu generalı olacaqmı?

Bu sualla hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyevlə danışdıq. Onun sözlərinə görə, hazırkı postda bu rütbə ancaq Müdafiə naziri, general-polkovnik Zakir Həsənova verilə bilər:

“Bu rütbəni yalnız Müdafiə naziri ala bilər. Onun müavinləri və digər hərbçilər bu rütbəni ala bilməz. Çünki onların ştat üzrə tutduqları vəzifə bu rütbənin onlara verilməsinə imkan vermir.

Şuşa və Cəbrayılın alınmasında müstəsna xidməti olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev bu ada layiqli bir insandır. Lakin onun rütbəsi general-leytenantdır. O bu rütbəsini də bu müharibədən sonra aldı. 18 il idi ki, general-mayor rütbəsində idi.

İndiyə qədər Ordu generalı rütbəsi Azərbaycanda heç kimə verilməyib. Bu rütbənin verilməsi Prezidentin qərarından asılıdır. Hələ ki belə bir şərait yoxdur. Bu rütbəyə malik olmaq üçün şəxsi şücaət göstərməlisən. Bu rütbə elə-belə verilə bilməz”.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar