Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Şəhid ailələri ilə görüşsəm, onlar məndən maddi vəsait və digər şeylər istəyəcək" - İcra başçısı barədə ŞOK FAKTLAR

Tarix: 07-12-2020 22:36     Baxış: 4209 A- / A+
"Şəhid ailələri ilə görüşsəm, onlar məndən maddi vəsait və digər şeylər istəyəcək" - İcra başçısı barədə ŞOK FAKTLAR


Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin hərtərəfli inkişafı naminə genişmiqyaslı islahatlar həyata keçirməsinə baxmayaraq, hələ də, bəzi məmurlar həmin islahatların uğurla həyata keçirməsinə mane olur, prosesin gedişini ləngidir və yaxud da ən müxtəlif yarıtmaz hərəkətləri ilə kölgə salırlar.
Cəlilabad RİH başçısı Namiq Zeynalov da belə kadrlardan biridir. Kadr islahatı nəticəsində 2018-ci ildə Cəlilabad rayonuna başçı təyin edilən Namiq Zeynəlov ölkə başçısının etimadını doğrultmaq və özündən əvvəlki cəzalandırılan sələflərinin səhvlərindən nəticə çıxarmaq əvəzinə, onların yolları ilə gedərək öz korporativ maraqlarını təmin etməyə çalışıb. Namiq Zeynalov Cəlilabada İcra Hakimiyyətinin başçı təyin olunduğu ilk vaxtlardan əlini rüşvətə batırıb. Onun rüşvətxorluğu, acgözlüyü qısa zamanda ən yuxarı instansiyalara çatıb. O, “hər işin öz qiyməti var” prinsipinə əsaslanaraq fəaliyyət göstərib.

Namiq Zeynalovun yarıtmaz fəaliyyəti bununla bitmir. O, rayona rəhbər təyin olunduğu müddətdən iş adamlarına qənim kəsilib. Cənab Prezident yerli icra hakimiyyətlərindən iş adamları və sahibkarlara dəstək verməsini tələb etsə də, Namiq Zeynalov bu siyasətin tam əksini edib. Belə ki, rayonun abadlaşdırılması məqsədi ilə iş adamları və sahibkarlara qaytarmaq şərti ilə küllli miqdarda pul alsa da, sonradan həmin vəsaitləri sahiblərinə qaytarmayıblar. Elə iş adamı var ki, ondan 140 min manat, eləsindən 30, 20, 10, 5 min miqdarında pul alıb. İş adamlarından geri qaytarmaq şərti ilə ümumilikdə 250 min manatadək vəsait alıb. Ancaq üstündən iki ildən artıq vaxt keçsə də, Namiq Zeynalov həmin pulları qaytarmaq istəmir. İş adamları pullarını istədikdə RİH başçısı deyirmiş ki, hələ gözləyin, dövlət tərəfindən payon büdcəsinə vəsait köçürülən kimi qaytaracam. Amma əldə olunan məlumata görə, rayonunun abadlığı və sosial inkişafı üçün sərf olunan vəsait çoxdan köçürülüb. Lakin Namiq müəllim həmin vəsaiti həzmi-rabedən keçirib. Sadəcə vaxt uzatmaqda əsas məqsədi həmin vəsaitlərin “arxasına” keçib. İş adamlarının bəziləri bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Aidiyyatı dövlət qurumlarının rəhbərləri RİH başçısına şifahi xəbərdarlıq edərək, sahibkarlardan aldıqları pulları geri qaytarmağı tələb edib. Lakin Namiq Zeynalov bunlardan nəticə çıxarmayıb.

Məsələn, Namiq Zeynalov Alış adlı iş adamına yeni “İpək yolu”ndan rayon mərkəzinədək 11 km-lik məsafədə 140 min manatlıq abadlıq-quruculuq işi gördürüb. Rayon mərkəzinə gedən yolun hər iki tərəfi abadlaşdırılıb və bu işə 45 nəfər cəlb edilib. Lakin N. Zeynalov iş adamının pulunu bu günə kimi qaytarmayıb. O, dəfələrlə RİH başçısının qəbulunda olsa da, nəticəsi olmayıb. İş adamı Alış məcburiyyət qarşısında qalaraq Milli Məclisin sədri Sahibə Qafarovaya və digər müvafiq dövlət qurumlarına rəsmi müraciət edib.

N. Zeynalovun bu qanunsuz əməllərindən Prezidentin köməkçisi Kərəm Həsənovun da xəbəri olub və o da, RİH başçısından belə qanunsuz əməllərinə son qoymağı tələb edib. Ancaq N. Zeynalov Prezidentin köməkçisi Kərəm Həsənovu eşitməyərək, öz qanunsuz əməllərini davam etdirib.

Həbs edilən N. Zeynalov Vətən müharibəsində şəhid olanların ailələrində də diqqətsizliyi, hörmətsizliyi ilə ad çıxarıb. Belə ki, o, ən yaxşı halda şəhidin dəfn mərasimində iştirak edib. Sonra onların qayğı və problemləri ilə maraqlanmayıb.

RİH başçısı Namiq Zeynalovun bu hərəkətinə hətta rayonun digər dövlət strukturunun rəhbərləri tərəfindən iradlar diqqətinə çatdırılıb. O, şəhidlərin yas mərasimində iştirak etməməsinin səbəbini də işçilərinə izah edərkən deyib ki, şəhid ailələri ilə görüşsəm, onlar məndən maddi vəsait və digər şeylər istəyəcək. Ona görə də şəhidlərin yas mərasimində iştirak etmək istəmirəm. Bununla da cənab Prezidentin yürütdüyü siyasətə adekvt olmayan mövqe ortaya qoymaqla ölkə başçısının yürütdüyü siyasətə xələl gətirməklə məşğul olub. Cəlilabadda şəhid ailələri və onların yaxınları deyir ki, ölkə rəhbərliyi bizə hər cür dəstək verdiyi halda RİH başçısı Namiq Zeynalovdan bu münasibəti görmürük. Bu da şəhid ailələri və onların yaxınlarının haqlı narazıçılığına səbəb olur.

Qeyd edək ki, N.Zeynalovun rüşvət alarkən həbs edilməsi barədə xəbərlər yer alıb. /ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar