Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR

Tarix: 05-12-2020 19:25     Baxış: 3416 A- / A+
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR


Dünyaca məşhur İran əsilli fransalı fotoqraf Reza Deqati erməni işğalından azad edilmiş Kəlbəcər rayonundan fotolarını paylaşıb.

O, "Facebook" səhifəsində heyranedici kadrları ilə yanaşı, mətn də paylaşıb.

"Kəlbəcərin əbədi gözəlliyi. Bütün bunlar böyük sürpriz oldu. Biz Murov dağının aşırımına, 3 840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım. Azərbaycan əsgərlərinin varlığı mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı. 1993-cü ildə on minlərlə dinc sakin qaçqın düşdü. Soyuq qış günlərində onlar bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Qaçqınların çoxu ayaqları donmuş vəziyyətdə gəldi”, - o yazıb.

R.Deqati həmçinin qeyd edib ki, bu yaxınlarda regionu Azərbaycana qaytararkən ermənilər binaları, təbii landşaftları yandırıb və məhv ediblər, heyvanları öldürüblər.

"Bu gün Murov dağında bütün bunları unutmaq və yalnız ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”, - deyə o, bu diyarın gözəlliyinə heyran qaldığını qeyd edərək fikrini yekunlaşdırıb.

Manevr.az


Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR
Kəlbəcərin əbədi gözəlliyi Reza Deqatinin gözü ilə - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar