Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Onunla üz-üzə gələn düşmən intihar edir və... XTQ-nin əfsanəvi komandanı

Tarix: 01-12-2020 13:55     Baxış: 4340 A- / A+
Onunla üz-üzə gələn düşmən intihar edir və... XTQ-nin əfsanəvi komandanı


Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib.


Manevr.az
-ın məlumatına görə, 18 il öncə, 2002-ci ildə isə H.Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan İlham Əliyev ona general-leytenant rütbəsi verib.

O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir. Cəbrayıl rayounun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.

Həkimlər iddia edir ki, bəzən yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də, xeyli belə faktlar var.

H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) imkansız sayılan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

Onunla üz-üzə gələn düşmən intihar edir və... XTQ-nin əfsanəvi komandanı


Döyüşdə H.Mirzəyevlə üz-üz gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazıdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin H.Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi.(redaktor.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar