Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şair Mehdixan Kəlbəcərli vəfat etdi

Tarix: 27-11-2020 21:02     Baxış: 3463 A- / A+
Şair Mehdixan Kəlbəcərli vəfat etdi

Tanınmış el şairi Mehdixan Kəlbəcərli 80 yaşında dünyasını dəyişdi. Necə deyərlər, vüsalın bir addımlığında zalım fələk bir vaxtlar Kəlbəcərin gözəlliklərini tərənnüm edən, sonralar ruhu həsrət nəğmələrinə köklənən şairə yaşamaq fürsəti vermədi.

Manevr.az xəbər verir ki, bu barədə şairin həmyerlisi İlham Məmmədli məlumat verib:
"Amansız ölüm şair Mehdixan Kəlbəcərlini Kəlbəcərə qovuşduğumuz günlərin astanasında əlimizdən aldı. 27 il Kəlbəcər həsrəti ilə qovrulan şairin Kəlbəcərə dönməyə bir udumluq nəfəsi çatmadı. Ölüm də çox insafsız imiş. Bu qədər həsrətə dözüm gətirmiş şairə bir neçə aylıq möhlət vermədi.
Allah Mehdixan müəllimə qəni-qəni rəhmət eləsin! Özü gedə bilməsə də ruhu artıq Kəlbəcərdədi"-deyə vurğulayıb.
Qeyd edək ki, Mehdixan Kəlbəcərli 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub.
1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində işləyib. Yerinə-yurduna ürəkdən bağlı olan şair, Kəlbəcərin iğalı zamanı oranı tərk etməmiş, 45 gün sonra çətinliklə gəlib çıxmışdır.

Manevr.az olaraq mərhumun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar