Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - ŞƏKİL

Tarix: 23-11-2020 17:20     Baxış: 4311 A- / A+
Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - ŞƏKİL


Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev torpaqlarımızın işğaldan azad olunması fonunda Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi ilə bağlı xatirəsini paylaşıb.


“Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...”

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi:

“Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, - dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...”, - səfirin paylaşımında deyilir.

Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar