Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iş yoldaşı olan sevgililərin DƏHŞƏTLİ SONU

Tarix: 29-01-2017 14:26     Baxış: 6360 A- / A+
Azərbaycanda iş yoldaşı olan sevgililərin DƏHŞƏTLİ SONU


Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilir ki, N.Tağıyev və X.Mustafayeva ailələri ilə birgə Bakıda yaşayıb. Onlar paytaxtdakı özəl şirkətlərdən birində çalışıblar və aralarında isti münasibət yaranıb. Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub.Lent.az

*****

11:54

Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.

Rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.

Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar