Xəbər lenti
"Könül Nurullayevaya qarşı qarayaxma kampaniyası aparılır"
Deputat Könül Nurullayevanın ofisindən redaksiyamızın elektron poçtuna müraciət daxil olub. Manevr.az sözügedən müraciəti təqdim edir:
"Son zamanlar sosial şəbəkələr üzərindən millət vəkili Könül Nurullayeva qarşı həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatlar yayılır, qarayaxma kampaniyası aparılır. Könül xanımın şəhid ailəsini ziyarət etməsi və sözügedən ziyarət zamanı şəhid evinə ayaqqabı ilə daxil olmasını əks etdirən yalnış və sübutsuz informasiyalar qabardılmaqdadır. Hadisənin heç bir təfərrüatından agah olmayan şəxslər isə vətənimiz üçün çətin, eyni zamanda, şərəfli zəfər günlərində məsələyə kəskin həssaslıq və lüzumsuz tənqidlə yanaşırlar.
Sözügedən məsələ barəsində düzgün informasiyanı aşağıda diqqətinizə çatdırır, həmin dolğun informasiyaya əsasən öz məqalə və yanaşmalarınızda dəyişikliklər etməyinizi rica edir, haqq və ədaləti ictimaiyyətə çatdırmağınızı ümid edirik.
Bildiririk ki, yanlışlıqla şəhid ailəsi kimi qeyd edilən evin sahibəsi Zərifə xanım Gözəlova uzun illərdir ki, 1-ci qrup əlil qızı Kəmalə Gözəlova ilə sözügedən evdə yaşayırdı. Aztəminatlı ailə 16 m2 həcmində kiçik, həmçinin tamamilə təmirsiz və yaşayışa yararsız mənzildə illərdir ki, məskunlaşmışdır.
Zərifə Gözəlova mövcud vəziyyət ilə əlaqədar olaraq Deputat Qərargahımıza müraciət etdiyi andan onun xahişi tez bir zamanda qeydə alınmış, millət vəkili Zərifə xanımın evinə baxış keçirmiş, evin təmirini imkanlı şəxslər və dostlarının sayəsində mandatından kənar, bir Azərbaycan vətəndaşı kimi həyata keçirməyə uğurla vəsilə olmuşdur. Elə həmin andan etibarən, Könül Nurullayeva ailə üçün ev kirayələməyə maddi yardım ayırmışdır. Sosial şəbəkələrdə yayılan foto da məhz Zərifə xanım və qızının artıq kirayə edilmiş mənzildə yaşadığı zaman təmir ediləcək evə baxış zamanı çəkilmişdir. Ona görə də, millət vəkilinin yaşayışsız və artıq təmir işlərinə start verildiyi bir dövrdə evə ayaqqabı ilə daxil olması təəccüb doğurmamalı, öz növbəsində, qınaq obyektinə çevrilməməlidir.
Əfsuslar olsun ki, ailənin yaşadığı böyük sevinci və xeyirxah əməli işıqlandırmaq əvəzinə, bir sıra şəxslər və mətbu orqanlar nədənsə deputatın mənzilə ayaqqabı ilə daxil olmasını qabartmağa çalışırlar.
Onu da vurğulayaq ki, qeyd olunan mənzillə bağlı sosial şəbəkələrdə dəfələrlə paylaşımlar edilmişdir. Sözügedən materialları Könül Nurullayevanın rəsmi Facebook hesabından da əldə edə bilərsiniz (məlumatlar 20 iyun, 26 oktyabr və 6 noyabr tarixlərində paylaşılmışdır).
Məsələnin tamamilə əsassız yönümdə qabardıldığını və yanlış məlumatların ictimaiyyətə çatdırıldığını nəzərə alaraq, sizlərdən məlumatları yaymazdan öncə dəqiqləşdirməyinizi, araşdırma etməyinizi rica edirik.
Onu da nəzərinizə çatdıraq ki, sözügedən fotonun yayılması ilə bağlı ölkənin bir sıra aparıcı xəbər saytları olanları dərindən araşdırmış, Zərifə xanıma baş çəkərək məsələyə aydınlıq gətirməsini xahiş etmişlər. Həmin məlumat xarakterli linklərin bir neçəsini də aşağıda diqqətinizə çatdırırıq."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar