Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın tanınmış ictimai xadimləri erməni lobbisi tərəfindən təhdid edilirlər - Hesabat

Tarix: 14-11-2020 19:32     Baxış: 5165 A- / A+
Rusiyanın tanınmış ictimai xadimləri erməni lobbisi tərəfindən təhdid edilirlər - Hesabat


Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko (fotoda sol tərəfdə) və jurnalist Maksim Şevçenko(fotoda sağ tərəfdə) Rusiyanın erməni lobbisi tərəfindən təhdid edilir, təhqir olunurlar. Bu cəsur rusiyalı ekspertlər Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Manevr.az
trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri barədə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hesabatında deyilir.

Bildirilir ki, bundan əlavə, bu ekspertlər silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduqlarını və bu səbəbdən baş verənlərdən ermənilərin özlərinin məsuliyyət daşıdığını bildirirlər.

Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmağa çalışırlar. Bir müddət əvvəl erməni milliyətçiləri Maksim Şevçekonu öldürməklə hədələyirdilər. İndi isə İqor Korotçenkonun şəxsiyyətini və ləyaqətini gözdən salmağa çalışırlar. Nüfuzlu "Voennoye Obozreniye" jurnalının baş redaktoru, Rusiya dövlət xadimi İqor Korotçenko indi bütün erməni lobbisinin üzvlərinin hücumuna məruz qalıb.

Qarabağla bağlı həqiqəti deyənlər təhdid olunur - Katsman Oxşar təhdidlərlə israilli ekspert Natəvan Rəşidova-Katsman da üzləşib. Oktyabrın 30-da bir sıra informasiya agentliklərində onun da rəyi olduğu Dağlıq Qarabağla bağlı obyektiv məqalələr dərc olunduqdan sonra xanıım ekspertə gizli nömrədən zənglər olunub. Ona zəng edən şəxs rusca çox kəskin və xoşagəlməz formada gələcəkdə onları nə gözləyəcəyi ilə təhdid edib. Əlbəttə, müasir dünyada bütün bunlar qəbuledilməzdir və cinayətdir.

Ermənistan lobbisi eyni zamanda bu müddət ərzində TRT kanalını hədəfə alıb. Məlumat üçün deyək ki, bu kanal və digər Türkiyə mediası münaqişənin obyektiv şəkildə dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənistan ordusunun xüsusilə Azərbaycanın mülki əhalisini hədəfə almasını işıqlandıran türk mediası Erməni lobbisi tərəfindən təhqirlərə və təhdidlərə məruz qalıb.

Bununla yanaşı Ermənistan münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini və mühafizəsini risk altına atıb. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlər olub. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini fəal hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görməyib.

Bu fotoda Ermənistan media təmsilçilərindən biri lentə alınıb. Görüntüdə özünü jurnalist kimi təqdim edən şəxsin çiynində silah görünür. "Jurnalist"in əlindəki mikrofonun üzərində isə Ermənistan Müdafiə Nazirliyinin loqosu əks olunub. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İstifadəçilər qeyd edir ki, beynəlxalq jurnalistika normalarına əsasən cəbhə bölgəsinə ezam olunmuş jurnalistin silah, eyni zamanda, əsgərlərin də mikrofon daşımaq hüququ yoxdur.

Müharibə dövründə Ermənistan Ordusunun söz və ifadə azadlığına yönəlmiş hücum cəhdi də qeydə alınıb. Cəbhə bölgəsində peşə borcunu yerinə yetirən jurnalistlərin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalması faktları olub. İndiyədək Azərbaycan jurnalistləri 4 dəfə Ermənistan ordusunun hücumuna məruz qalıb."Euronews" telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub. Euronews"un materialından aydın görünür ki, onların hədəfi məhz bu telekanalın çəkiliş qrupu olub. Xoşbəxtlikdən media orqanının əməkdaşları xəsarət almayıblar, yalnız avtomobilə ziyan dəyib.

"Fighting continues in Nagorno-Karabakh despite the promises of ceasefires" - "Dağlıq Qarabağda atəşkəs vədlərinə baxmayaraq döyüşlər davam edir"

Link: https://www.youtube.com/watch?v=QJVpBCkJNDo

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar