Xəbər lenti
Ermənilər Kəlbəcərin İstisu sanatoriyasında KEF ELƏYİR -VİDEO+FOTO

Ermənilər Kəlbəcərdə belə kef edirlər. Müalicəvi bulağın ətrafı qarla örtülüb
1993-cü ildən Ermənistan ordusunun işğalı altında olan Kəlbəcər şəhərindən yeni video yayılıb. İstiPress-in məlumatına görə, ermənilər Kəlbəcərin İstisu sanatoriyasında əyləndiklərini sosial şəbəkədə paylaşıb.
Videonun üzərində açıq havada temperaturun -10 dərəcə, müalicəvi su hesab edilən təbii bulaqda +62 dərəcə istiliyin olduğu qeyd edilib. İsti suyun töküldüyü çayda isə temperaturun +3 dərəcə olduğu bildirilir. Müalicəvi bulağın ətrafı qarla örtülüb.
Qeyd edək ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar