Xəbər lenti
ATV-nin "Yoxlama” verilişindən sonra direktorunun öldüyü deyilən məktəbdən AÇIQLAMA
ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbin direktorunun vəfat etməsi haqda xəbər yayılıb.
Baku.ws saytının yaydığı məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.
Musavat.com məsələni aydınlaşdırmaq üçün 171 saylı məktəb ilə əlaqə saxlayıb.
Özünü məktəbin qapıçısı kimi təqdim edən şəxs kollektivin mərhum direktorun evinə getdiyini bildirib: “Mən məktəbin qapıçısıyam. Direktorun ölüb-ölmədiyini dəqiq bilmirəm. Məlumatı eşidən kimi məktəbin bütün kollektivi Telman bəygilə getdi. Hamı oradadır, 1 saat sonra əlaqə saxlasanız, dəqiq məlumat verərəm. İndidən deyim ki, jurnalistlər buraya gəlməsin. İçəri heç kimi buraxmırıq. Dəqiq məlumat gözləyirik. Bir azdan əlaqə saxlayın”.
Məsələ ilə bağlı proqramın aparıcısı Azər İsmayılovla da əlaqə saxladıq. O, direktorun ölümü barədə danışmaq istəmədiyini bildirdi: “ATV-dən rəsmi açıqlama yayılıb. Mən əlavə nə isə deyə bilmərəm. Mənim demək istədiyim hər şey artıq deyilib. Xəbər portalları direktorun ölümü ilə bağlı yazılan xəbərlərin başlığında mənim və proqramımın adını hallandırır. Bunu normal qarşılayıram. Çünki mərhum biz çəkiliş etdikdən sonra mətbuatda açıqlamalar vermişdi. Deyəcək başqa sözüm yoxdur”.
Qeyd edək ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə çəkiliş aparıb. Həmin çəkilişdən sonra mətbuata açıqlama verən hər iki tərəf bir-birini ittiham edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar