Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ənvər Ağazadə: “Sona qədər ordumuzun və dövlətimizin yanındayıq”

Tarix: 04-11-2020 21:36     Baxış: 2501 A- / A+
Ənvər Ağazadə: “Sona qədər ordumuzun və dövlətimizin yanındayıq”
Ənvər Ağazadə

“Müharibə başlayan ilk gündən Ümid Partiyası olaraq Ali Baş Komandanın yanında olduğunuzu bəyan etdiniz. Ölkədəki birliyin qorunması üçün çalışdınız. Bunları bilirik. Bəs, belə məqamda xarici əlaqələrinizdən dövlətimizə dəstək üçün necə istifadə edə bildiniz?” ​ - sualına Ümid Partiyasının birinci müavini Ənvər Ağazadə belə cavab verib:

“Doğru qeyd edirsiniz ki, biz Ümid Partiyası olaraq müharibə başlamazdan öncə, yəni Tovuz hadisələrindən dərhal sonra, başda sərdimiz cənab İqbal Ağazadə olmaqla, hamımız bu müqəddəs savaşda əsgər olduğumuzu bildirdik. Könüllü olaraq cəbhəyə yollanmaqla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik. Bu gün ölkəmizdə Ali Baş Komandanın ətrafında yaranmış birliyin sona qədər qorunması və bu birliyə heç bir xələl gəlməməsi üçün əlimizdən gələni edirik. Sözsüz ki, müharibə təkcə cəbhədə getmir. Döyüşən əsgər və zabitlərimizlə yanaşı hər birimiz arxa cəbhədə bir əsgər olmalıyıq. Çünki hərbi sahədəki savaş qədər informasiya müharibəsi də vacibdir. Ümid Partiyası olaraq biz bu reallığı çox yaxşı dərk edirik. Beynəlxalq əlaqələrimizdən istifadə edərək Azərbaycanın haqq səsini bütün dünyaya, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmağa çalışırıq. Bugünə kimi partiyamız BMT, ATƏT, Human Rights Watch, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avronest, o cümlədən, ayrı-ayrı parlamentarilərə, senator və konqresmenlərə, dünyanın aparıcı dövlətlərinə müraciətlər ünvanlayıb. Bu təşkilatlara BMT-nin məlum dörd qətnaməsinin tələblərini bir daha xatırladıb. Ermənistan tərəfinin münaqişə bölgəsindən yüz kilometrlərlə uzaqlıqda yerləşən və Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəni qadağan olunmuş silahlarla atəşə tutması, dinc əhalini qətlə yetirməsi ilə bağlı konkret faktlar təqdim olunub. Eyni zamanda, bildirilib ki, Ermənistan Bərdə, Mingəçevir, Xızı, Tərtər və başqa böyük şəhər və rayonlarımızı iri çaplı silahlarla mütəmadi atəşə tutur. Ümumilikdə, sentyabrın 27-dən indiyədək​ 91​ mülki şəxsi qətlə yetirib,​ 405​ nəfəri isə yaralayıb. Qətlə yetirilmiş şəxslər arasında onlarla azyaşlı uşaqlar da var. Cenevrə konvensiyalarına zidd olaraq Ermənistan bu gün də belə çirkin və insanlığa qarşı olan əməllərini davam etdirir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar