Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu düşməni iflic vəziyyətinə gətirib

Tarix: 01-11-2020 20:12     Baxış: 5243 A- / A+
Azərbaycan Ordusu düşməni iflic vəziyyətinə gətirib

“Son sutka ərzində düşmənin cəbhənin müxtəlif istiqamətlərində 1 ədəd piyadaların döyüş maşını, 4 ədəd “Qrad” qurğusu, 8 ədəd topu, 2 rabitə qülləsi, 7 ədəd avtomobil texnikası məhv edilib”.

Manevr.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib: “Azərbaycan Ordusunun Ermənistan ərazisində hər hansı hərbi məqsədi yoxdur. Bununla yanaşı Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən bölmələri legitim hərbi hədəflərə çevrilir. Azərbaycan Ordusu dəqiq silahlarla düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb. Müharibənin taleyini müəyyən edən isə başda Ali Baş Komandan olmaqla cəsur Azərbaycan zabit və əsgərləridir. O da istisna olunmur ki, düşmənin atdığı istismar müddəti keçmiş raketlərdən bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və mülki obyektlərin üzərinə düşür”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar