Xəbər lenti
Prezident təqaüdçüləri bu bölgələri təmsil edir - SİYAHI
Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1739 nəfər 600 və daha yuxarı bal toplayıb. Onlardan 206 nəfər məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır. Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 966 nəfər olub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 612 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 216 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 555 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 356 nəfər olub.
Bu il Azərbaycanın ali məktəblərinə daxil olan 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 10 nəfər kənd məktəblərinin məzunlarıdır), 3 nəfər bir valideyni əlil olan ailədən, 1 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından 8, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 7, Qəbələdə yerləşən məktəblərin məzunlarından 5, Naxçıvanda yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.
Xatırladaq ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 8 nəfər ADA Universitetinə, 5 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan Dillər Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, qəbul olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar