Xəbər lenti
Azərbaycanda zarafatın ACI SONU! Şagirdin göz bəbəyi dağıldı

Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Manevr.az xəbər verir ki, məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb.
Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyib.
Masallı rayon xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.
8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:
“Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıb. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə zarafat olub”.(qafqazinfo.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar