Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Rusiyaya növbəti xəyanəti

Tarix: 21-10-2020 20:35     Baxış: 4264 A- / A+
Ermənistanın Rusiyaya növbəti xəyanəti

Ermənistanın, Qafqaz regionunda Rusyanın forpostu olmasına baxmayaraq, xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşılıq əlaqələrinin genişləndirdiyi müşahidə olunur.

Manevr.az trend-ə istinadən bildirir ki, 2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq Yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı "ISAF" missiyasında (46 nəfər) daha sonra "Qətiyyətli Dəstək Missiyasında" (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı "UNİFİL" missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki "MINISUMA" missiyasında Fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Sülhməramlı əməliyyatlarda iştirakın coğrafiyasından və həm qərb ölkələri, həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından bu nəticəyə gəlinir ki, xüsusi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasətin mühüm bir vasitəsi kimi istifadə edir. Belə ki, dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssurat yaratmaq, eyni zamanda Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar.

Sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya, Rusya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa və Rusyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar