Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Spirt ən çox bu orqanları zədələyir: Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

Tarix: 17-10-2020 21:52     Baxış: 4230 A- / A+
Spirt ən çox bu orqanları zədələyir: Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir. Dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə günü kimi qeyd olunur.


Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Mütəxəssislərə görə, spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər. Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur.

Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər serrozu daha tez özünü biruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur. Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikıəri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardırdır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Alkoqoldan zərərli istifadənin azaldılmasında həyata keçirilən qlobal strategiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzvlərinin və dövlətlərin ümumi öhdəliyi hesab olunur. ÜST spirtli içkilərin təsirindən əmələ gələn xəstəliklərin qlobal yükünü azaltmaqda daimi fəaliyyət göstərir. Bu istiqamətdə ölkələrin əsas vəzifəsi alkoqoldan zərərli istifadənin azaldılmasına yönəlmiş siyasətin formalaşdırılması, monitorinq və qiymətləndirmənin həyata keçirilməsidir. Strategiyanın həm siyasi, həm də iqtisadi cəhətdən qəbul edilməsi və həyata keçirilməsi ilə insanların həyat və sağlamlıqlarını qorumaq olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar