Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İran və Gürcüstan hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb"

Tarix: 16-10-2020 17:51     Baxış: 3224 A- / A+
"İran və Gürcüstan hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb"


"İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur”.

Manevr.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Ahaber” telekanalına müsahibəsində bildirib.

"Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün”, - ölkə başçısı söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar