Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçi

Tarix: 11-10-2020 18:14     Baxış: 3188 A- / A+
Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçi


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna raket hücumları vəhşilikdir. Qanuni dildə buna müharibə qaydalarının, beynəlxalq humanitar hüququn və hərbi cinayət qaydalarının pozulması deyilir.

Manevr.az
xəbər verir ki, bu sözləri rusiyalı tarixçi və analitik Oleq Kuznetsov qeyd edib.

Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi - Rusiyalı tarixçi


Rusiyalı tarixçi erməni millətçinin cinayətkar fəaliyyəti ilə bağlı yeni faktlar yayıb

Analitik erməni hərbçilərin cinayətkar əməllərini birmənalı şəkildə qınayıb: “Aydın şəkildə başa düşməliyik ki, Qarabağ və ətraf ərazilərində hərbi əməliyyatlar başlamazdan əvvəl də erməni siyasi elitası Azərbaycanın mülki infrastrukturuna - Mingəçevir şəhərində yerləşən Su Elektrik Stansiyasına, Abşeronun neft yataqları, neft və qaz kəmərlərinə zərbə endirmək əmrini verəcəyini demişdi. Yəni, döyüş əməliyyatları başlamazdan çox əvvəl Ermənistanın ordusu müharibə etməyə hazırlaşırdı. Başqa sözlə, müharibə etməyə hazır olduqlarını əsla gizlətmirdilər. Azərbaycan hakimiyyəti, ordusu və xalqı belə bir barbar müharibəyə əvvəldən hazır olmalı idi".

O, münaqişə tərəfləri olan ölkələrin xarici işlər nazirləri Moskvada humanitar məqsədlər üçün müvəqqəti atəşkəs haqqında sənəd imzaladıqdan sonra Ermənistan Gəncəyə daha bir zərbə vurduğunu xatırladıb: "Beləliklə, rəsmi İrəvan bir daha özünü aciz tərəf kimi göstərdi. Nasist Qaregin Njdenin ideyalarının davamçılarından başqa bir şey gözləmək olmazdı. Adolf Hitlerin fikirlərinin təsiri altında onun formalaşdırdığı erməni nəzəriyyəsi Ermənistanın Cənubi Qafqaz bölgəsindəki təcavüzünün hərəkətverici qüvvəsi idi və olacaqdır. Buna görə də bu gün Azərbaycan ordusu bu təhlükəni aradan qaldırmaq və günahkarların mühakimə olunmasına şərait yaratmaq üçün mədəni bir missiya həyata keçirir".

Analitik qeyd edib ki, Qarabağın erməni işğalından azad olunması üçün müharibə təkcə Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyü uğrunda müharibəsi deyil, eyni zamanda orta əsr barbarlığına qarşı sivilizasiya müharibəsi, erməni millətçiliyinin ruhani eqoizminə qarşı insanın mənəvi dəyərləri müharibəsidir: "Buna görə bir daha Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına cəsarət arzulayıram"./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar