Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda islam dəyərlərinə qarşı böyük təhqirlər baş verib” - ilahiyyatçı alim

Tarix: 10-10-2020 10:54     Baxış: 2252 A- / A+
“Ermənistanda islam dəyərlərinə qarşı böyük təhqirlər baş verib” - ilahiyyatçı alim


Ermənilərinm iddialarına görə guya Şuşadakı kilsə Azərbaycanın zərbələri nəticəsində dağıdılıb.
Ekspertlər də açıqladı ki, burada heç bir dağıntıdan və hərbi müdaxilədən söhbət gedə bulməz. Çünki Azərbaycan tərəfi heç vaxt mədəni, dini obkeytləri hədəf almır. Xalq olaraq da bizim milli-mənəvi dəyərlərə, qeyri-islama tarixi mədəniyyət abidələrinə hümanist yanaşmamız mövcuddur. Bu gün Azərbaycanda çoxlu sayda kilsə, sinaqoq fəaliyyət göstərir. Bakının mərkəzində erməni kilsəsi mövcuddur. Həmin kilsədə beş mindən artıq erməni dilində dini ədəbiyyat nümunələri var.

Manevr.az bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov bildirib

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bütün dünyada milli mədəni dəyərlərə hörmət edən bir mərkəz hesab edilir: “Azərbaycandan fərqli olaraq işğalçı Ermənistanda islam dəyərlərinə qarşı böyük təhqirlər baş verib. Orada olan bütün məscidlər dağıdılıb. Ermənilər dini, tarixi abidələrimizi dağıdıb. İrəvanda, Qarabağda olan bütün tarixi abidələrimiz vandalizmə məruz qalıb”.

Deputat qeyd edib ki, ermənilərin Azərbaycanı kilsəni hədəf alması ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: “Onlar bütün dünyaya car çəkmək istəyirlər ki, guya Azərbaycan xristianların məbədlərini vurur. Beləliklə də ölkəmizi bu müstəvidə qınaq obyektinə çevirməyi düşünürlər”.

Ceyhun Məmmədov vurğulayıb ki, məscidlər kiləsələr, sinaqoqlar insanların ibadətgah yerləri, Allah evi hesab olunur: “Bakıda 3 provaslav kilsəsi, 2 sinaqoq, erməni kilsəsi mövcuddur. Qarabağdakı məscidlərlə, dini abidələrlə Azərbaycandakı kilsənin vəziyyəti isə müqayisə olunmaz dərəcədədir. Erməni vandalizminə baxmayaraq Azərbaycanda bütün dinlərin abidələrinə, tarixi dəyərlərinə böyük hörmət və ehtiram mövcuddur. Bir neçə il öncə Ermənistanın dini lideri Bakıda səfərdə olarkən o kilsəyə getmişdi. Özü də gördü ki, Bakıda bu kilsə hansı şərtlərlə qorunur. Hətta bu kilsədə elə kitablar, dini ədəbiyyat mövcuddur ki, o heç erməni kiləsində də mövcud deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar