Xəbər lenti
"Məndən konyak iyi gəlirdi, amma Heydər Əliyev qaşlarını da çatmadı” - Yevgeni Kiselyov
Hazırda Ukraynada yaşayıb-işləyən məşhur rusiyalı telejurnalist, NTV teleşirkətinin keçmiş baş direktoru Yevgeni Kiselyov haqqin.az saytının Kiyev bürosuna geniş müsahibə verib.
Manevr.az bildirir ki, saytın əməkdaşı Əkbər Həsənovla söhbətində o, Rusiyada, Ukraynada, regionda və bütövlükdə dünyada baş verən bir çox maraqlı məqamlara və aktual məsələlərə toxunub.
Məşhur telejurnalist mərhum prezident Heydər Əliyevlə görüşünü də xatırlayıb.
Belə ki, Ə.Həsənovun “Mən bildiyim qədər, siz 1990-cı illərin əvvəllərində Azərbaycana baş çəkmişdiniz. Bakıya o vaxtkı səfərinizdən hansı təəssüratlar qalıb” sualına cavabında Y.Kiselyov bildirib ki, həmin səfər cəmi bir günlük olub: “Biz Heydər Əliyevlə müsahibəyə getmişdik. Yeri gəlmişkən, onda olduqca maraqlı epizod oldu. Məsələ ondadır ki, qəbul edən tərəf bizim çəkiliş qrupumuzu mehmanxanada yerləşdirdi, sonra ənənəvi Azərbaycan qonaqpərvərliyi ilə stol açıldı. Tostlar səsləndi. Və tostların sayı haradasa 10-u keçəndən sonra bizə bildirdilər ki, Heydər Əliyev yalnız indi müsahibə verə bilər.
Mənim üçün bu böyük sınaq idi. Axı ilk dəfə idi ki, ölkə prezidenti ilə müsahibəyə gedirdim, özü də Heydər Əliyev kimi siyasi bir nəhənglə, üstəlik də o cür qonaqlıqdan sonra. Heydər Əliyevin müdrikliyini və nəzakətini mütləq qeyd etmək lazımdır. Baxmayaqrq ki, məndən yaxşı Azərbaycan konyakının qoxusu gəlirdi, o heç qaşlarını da çatmadı. Müsahibə, yeri gəlmişkən, nəticədə olduqca məzmunlu və maraqlı alındı. Bunu həm də ona görə deyirəm ki, jurnalist həmişə istənilən şəraitdə ünsiyyətə və işə hazır olmalıdır”.
Maraqlıdır, onun yaxın vaxtlarda Bakıya yenidən baş çəkmək planı varmı?
Y.Kiselyov bildirib ki, dəvət olsa, qəbul edərdi, bundan başqa təqvimində boş və uyğun vaxtı olsa özü də məmnuniyyətlə Bakıya çaş çəkərdi: “Sizin paytaxtınızın əsrin son dörddə biri ərzində necə dəyişdiyinə, məndən sonra orada nələrin baş verdiyinə baxmaq maraqlı olardı. Mənim Bakıda doğulmuş, yaşamış və işləmiş çoxlu tanışlarım var, Azərbaycanın paytaxtı haqda onlardan əfsanələr eşidirəm. Onu Xəzər dənizində Dubay - əmin-amanlığın hökm sürdüyü və maliyyə baxımından inkişafın yaşandığı şəhər adlandırırlar. Bütün bunlara şəxsən əmin olmaq üçün sizin olduqca gözəl şəhərinizə özüm baş çəksəydim, çox şad olardım.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar