Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yaşayan kürdlər BƏYANAT VERDİ: "Terrorçunun nə etnik mənsubiyyəti, nə də vətəni olmur"

Tarix: 08-10-2020 22:05     Baxış: 2204 A- / A+
Azərbaycanda yaşayan kürdlər BƏYANAT VERDİ: "Terrorçunun nə etnik mənsubiyyəti, nə də vətəni olmur"


Azərbaycanda fəaliyyət göstərən "Ronahi" Kürd Mədəniyyət Mərkəzi işğalçı terror dövləti Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşən PKK və YPG-li terrorçuların əməllərini pisləyən bəyanat yayıb.

Manevr.az-a daxil olan bəyanatda deyilir:

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda silahlı qüvvələrimizin apardığı mübarizədə özlərini «kürd xalqının müdafiəçiləri» kimi təqdim edən terrorçu PKK təşkilatının Ermənistan ordusuna silahlı dəstək verməsi biz – Azərbaycanda yaşayan kürdlərin də hiddət və qəzəbinə səbəb olmuşdur. Tam məsuliyyətlə bəyan edirik ki, işğalçı Ermənistan dövləti ilə hərbi əməkdaşlıq edən həmin terrorçuların nəinki Azərbaycan kürdləri, bütövlükdə kürd xalqı ilə heç bir əlaqəsi yoxdur. Biz vətənimiz Azərbaycana, onun ərazi bütövlüyünə qarşı çıxanları onların etnik mənsubiyyətindən asılı olmayaraq lənətləyirik.

Terrorçunun nə etnik mənsubiyyəti, nə mənəviyyatı, nə də vətəni olmur. Ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 15 mindən çox müsəlman kürd zorən ata-baba yurdlarından didərgin düşmüş, onların böyük əksəriyyəti Azərbaycana pənah gətirmişlər. Azərbaycan xalqı onları doğma qardaşları kimi qəbul etmiş, özündən ayırmamış, sevincinə, kədərinə şərik olmuş, ən ağır günlərində belə yardımını əsirgəməmişdir. Hazırda Ermənistan ərazisində bir nəfər də olsun müsəlman kürd qalmamışdır. Üzdə özlərini «kürd xalqının» dostu kimi qələmə verən Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində təkcə Ermənistanda deyil, Azərbaycanda da kürdlərin məskunlaşdıqları yaşayış məntəqələri zəbt edilmiş, dinc əhaliyə qeyüri-insani münasibət bəslənilmiş, etnik kürd olan əsir və girovlara xüsusi amansızlıla işgəngələr verilmiş, qətlə yetirilmişlər. Bu faktlarla əlaqədar, 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” adlı iş üzrə Azərbaycan kürdlərinin haqlı mövqeyini tanıyan qərarı söylədiklərimizi bir daha təsdiq edir. Odur ki, kürd xalqı adından erməni cinayətlərinə şərik olanları mənəviyyatsız insanlar kimi dəyərləndiririk.

Azərbaycan bizim də vətənimizdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən indiyədək minlərlə gənc kürd vətəninin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı mübarizədə azərbaycanlı qardaşları ilə çiyin-çiyinə vuruşmuşlar. Aralarında Azərbaycanın milli qəhrəmanları olduğu kimi yüzlərlə şəhidlərimiz vardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid qanı isə heç vaxt yerdə qalmayacaqdır. Bu gün torpaqlarımızın azadlığı uğrunda döyüşən igid Azərbaycan əsgərlərinin sırasında kürd xalqının da xeyli övladları vardır. Ermənistanın işğalçı ordusu ilə birləşib Azərbaycana qarşı silah qaldıran hər bir kəs etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq biz kürdlərin də düşmənidir".

Fəxrəddin Paşayev,
"Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar