Xəbər lenti
Vətəndaşı ağladıb video çəkən yol polisi ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub. Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir.
Məsələ ilə bağlı Qaynarinfo.Az Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. K. Əliyev bildirdi ki, məsələ ilə bağlı araşdırmalar başlayıb: "Araşdırmanın nəticəsində həmin əməkdaş layiq olduğu cəzanı alacaq. Onun barəsində ciddi intizam tədbiri görüləcək. Videoda onun adı Elvin gedir. Yol Patrul Alayının qərargahından onların kim olduqları artıq müəyyənləşir. Onunla bağlı da xidməti araşdırmalara başlanılıb".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar