Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general...

Tarix: 05-10-2020 12:11     Baxış: 4200 A- / A+
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general...


Oktyabrın 3-ü Prezident İlham Əliyevin elan etdiyi Madagiz (Suqovuşan) kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun şəxsiyyəti və bioqrafiyası geniş ictimaiyyət üçün yenidən maraq kəsb edib.

Həsənov Hikmət Hüseyn oğlu 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub.

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə 6 ay kurs keçib, daha sonra xidmətini Ağdamda "N" saylı briqadada aparıb. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda "N" saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

2005-2008-ci illərdə xidmətini Gəncədə "N" saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmən il Pirəküşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib.

2014-cü ildə Prezident, Ali baş komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. Bundan öncə isə Bakıdakı "N” saylı hərbi hissənin komandiri vəzifəsində çalışıb.

2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiri təyin olunub. Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik "Ohanyan müdafiə xətti"ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi, 100 illiyi yubiley medalları və "Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub.

H.Həsənov 2018-ci ildə Ordu.az saytına müsahibəsində "Aprel döyüşləri”ndən və həmin zaman üçün gələcəkdə nəzərdə tutulan planlardan danışıb: "Təbii ki, bizim planlarmız çoxdur. Həyata keçirilən cavab tədbirləri planlarımızın yalnız bir qismi idi. Xalqımızın bu məsələlərə yanaşmasında bir daha əmin olduq ki, xalq torpaqların azad edilməyini ürəkdən istəyir, vətənpərvərlik hissi müşahidə edilir. O cümlədən Ermənistan ordusunun qabiliyyətini və bu məqsədlərə reaksiyasının yoxlanılmasını həyata keçirdik. Bir də bizim ordunun döyüş-kəşfiyyat qabiliyyətini idarə etmək bacarığını və əlimizdə olan müasir silah sistemlərininin toplanışı, həmçinin bir neçə dəfə yoxlanışı və testi keçirildi.

Düşmənin haraya nə qüvvə yığmasından asılı olmayaraq, bütün dərinlik boyu hava məkanına nəzarətimiz var. Düşmənin hansı bölməsinin harada yerləşdiyini, nə zaman təlimə çıxdıqlarını, hansı təlimlərin keçdiyini tam şəkildə müşahidə edə, izləyə bilirik. Təbii ki, düşmənin məğlubiyyətini eyni zamanda düşmənin bütün obyektlərinə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzün təmin olunması məqsədilə irimiqyaslı əməliyyatlar keçirməyimizi də görürəm”.

H.Həsənovun iki il öncə düşməni hava məkanından tam nəzarətdə saxladığını bu gün Müdafiə Nazirliyinin düşmənin hərbi texnikasını məhv etməsinə dair yayımladığı video görüntülərdən də görürük.

General Həsənov 2018-ci ildə başqa bir müsahibəsində isə Ermənistan ordusunun baş qərargah rəisinin çıxışında bildirdiyi "Azərbaycan bir daha bu tip hücumları edə bilməyəcək. Biz hər bir şeyə hazırıq" bəyanatına isə belə münasibət bildirmişdi: "Hərbçi kimi bu fikirləri qiymətləndirmək istəyirəm. O, hərbi məktəb bitiribsə, bilməli idi ki, bir əməliyyat ikinci dəfə təkrarlanmır. Hər bir əməliyyatın öz xüsusiyyəti, tipi və növü var. O, elə düşünür ki, biz yenə 2016-cı ilin aprelindəki kimi tədbirlərə əl atacağıq. Bizim hazır vəziyyətdə bir neçə planımız var. Növbəti dəfə biz düşmənə daha sarsıdıcı zərbə vuraraq, onların döyüş əzm və iradəsini qırıb, onları bizim haqq işimizə imza atmağa məcbur edəcəyik. Buna əmin ola bilərlər".

Dörd gündən sonra, oktyabrın 9-da Hikmət Həsənovun 45 yaşı tamam olur./qafqazinfo.az

Manevr.az


Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general...
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general...
Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar