Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!- Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq!

Tarix: 03-10-2020 13:08     Baxış: 5308 A- / A+
Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!- Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq!


“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin
Ali Baş Komandan İlham Əliyev cənablarına,
beynəlxalq və ölkə ictimaiyyətinə


Müraciəti

Surətləri: Birləşmiş Millətlər Təşkilatı
ATƏT
ATƏT PA
Avropa Şurası
AŞPA
NATO
NATO PA
Avropa Komissiyası
Avropa Parlamenti
İslam Əməkdaşlıq Təşkilatı
TÜRKPA
Bütün digər beynəlxalq təşkilatlara


Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında

Məlum olduğu kimi, 27 sentyabr səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri ilə Dağlıq Qarabağın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycana qarşı növbəti hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri, o sıradan mülki əhalini hədəfə almışdır. 30 il səbr nümayiş etdirdikdən sonra, Azərbaycan Respublikasının Milli Ordusu düşmənə ağır zərbələr vurararaq işğalçıları geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir. Çoxsaylı hərbi texnika - döyüş maşınları, tanklar, pilotsuz uçan aparatlar,

toplar, eləcə də yüzlərlə ölən hərbiçiləri, xaricdən gətirdikləri terrorçuları, muzdluları itirən düşmən tərəfi durmadan geriləməkdədir.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhalisi bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan biri həlak olmuş və yaralanmışdır. Mülki vətəndaşların əmlaklarına və mülklərinə ciddi ziyan dəymişdir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin heç kimdən gizlətmədən uzun müdddət hazırlaşdığı və Azərbaycana qarşı bu gün başlatdığı hücum hazırda bütün cəbhə boyu davam edir. Azərbaycanın Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq işğalçı ölkə öz çirkin əməllərindən əl çəkmir və beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirməklə bir daha dünyaya meydan oxumağa başladı. Ermənistan beynəlxalq humanitar hüququn, həmçinin insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirir və terrorçu mahiyyətini bir daha dünyaya nümayiş elətdirir.

Milli Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad etməyə başlayıb.

Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın və Milli Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, o cümlədən də Qeyri-Hökumət Təşkilatlarında birləşən ictimai fəallar bu müqəddəs savaşın önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir, onlara hər cür yardım etməyə hazır olduqlarını bildirirlər.

Əsasən bədii yaradıcı və elmi fəaliyyətlə məşğul olan şəxslərin birləşdirən “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi olaraq bütün vətəndaşlarımızı, o cümlədən də cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa çağırırıq.

Ali Baş Komandanın qətiyyətli addımları Ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi dünyanın 55 milyonluq azərbaycanlılarının hər birində qələbə əhval-

ruhiyyəsi yaratmış oldu. 5 gün ərzində bir sıra yaşayış məntəqələrimizi, strateji mövqeləri azad edən Azərbaycan Ordusunun bu uğurları vətəndəki və dünyadakı soydaşlarımızı, xalqımızın səmimi dostlarını sevindirdi və hər birimizdə daha böyük zəfərlərə inam hissi oyatdı.

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi olaraq bu taleyüklü günlərdə dövlətimiz, xalqımız və ordumuzla həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna yeni-yeni qələbələr arzulayırıq! Dövlətimizin rəhbərliyini və xalqımızı əmin edirik ki, sıralarında ziyalılar birləşən təşkilatımızın üzvləri bu haqq savaşımızın tezliklə və qəti qələbə ilə başa çatması üçün üzərinə düşən hər bir işi əzmlə yerinə yetirməyə, bu yolda hər cür fədakarlığa hazırdır.

Azərbaycan Respublikasının bütün vətəndaşlarını, o cümlədən də cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa səsləyirik. Bu bəyanatı imzalayaraq, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi üzvləri olaraq Ali Baş Komandan əmr edəcəyi təqdridə hamımız ön cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazırıq.

Azərbaycan hər zaman mənfur işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bötüvlüyünü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır, lakin istənilən danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq, bütün prosesi iflic vəziyyətə salır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında ölkəmizin ərazi bütövlüyünü qoruyur.

Buna görə də, biz, bu bəyanata sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

İşğalçı Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

Əldə etiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı ürəkdən təbrik edirik!

Cəmilə Çiçək (İsbəndiyarova),
“Zəka İşığında” Milli Dəyərlərimizin Təbliğinə
Yardım İctimai Birliyinin sədri,
f.ü.f.d.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar