Xəbər lenti
Misir piramidasına çıxan gənc türk sərbəst buraxıldı – FOTO
Misirdəki Xeops piramidasına dırmaşdığı üçün nəzarət altına alınan gənc türk Fatih Kömürcü şəkil və videoları silməsi şərti ilə 24 saatdan sonra sərbəst buraxılıb.
Manevr.az Türkiyə mediasına istinadən xəbər verir ki, Memar Sinan Universitetinin Arxeologiya fakultəsinin tələbəsi olan Fatih Kömürcü daha əvvəl də alman və rus turistlərin çıxdığı piramidaların möhtəşəmliyini gördükdə özünü saxlaya bilməyib və bir anda özünü Xeops piramidasının zirvəsində gördüyünü söyləyib.
Piramidadan aşağı endikdən sonra polis bölməsinə aparıldığını deyən gənc macərapərəst “Şəkilləri və görüntüləri silmək şərti ilə məni sərbəst buraxacaqlarını söylədilər, amma qəbul etmədim. Buna görə də məni nəzarət altına aldılar. Bir gecə nəzarətdə qaldıqdan sonra polis bölməsində daha çox dayana bilməyəcəyimi anladım və piramidanın zirvəsində çəkdiyim bütün görüntüləri silməyi qəbul etdim. Polis bölməsində çəkdiyim bütün şəkil və videoları silərkən gözyaşlarımı tuta bilmədim, ağladım. Lakin internetdən yüklədiyim bir proqram sayəsində bəzi şəkilləri saxlamağı bacardım, ancaq videoları hələ geri qaytara bilməmişəm”, – deyə bildirib.
Qeyd edək ki, gənc türk Fatih Kömürcü daha əvvəl də Gürcüstandan Bolqarıstan sərhəddinə qədər 51 gün piyada piyada gedib, velosipedlə isə İran, Azərbaycan və Gürcüstanı gəzib. Mərmərə dənizini 3 gün ərzində kürək çəkərək qayıqla keçməyi bacaran gənc mart ayında qışdan buz tutan Baykal gölünü şimaldan cənuba tək başına və piyada gedərək 17 gündə keçməyi planlaşdırır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar