Xəbər lenti
Diqqət! Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - ŞƏKİL
Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımız və hərbi qulluqçularımızı qətlə yetirən Ermənistana qarşı əks hücuma keçən Azərbaycan ordusu qarşısında aciz duruma düşən düşmən təxribatlara ara vermir.
Sosial şəbəkələrdə Azərbaycan adları altında saxta profillər açaraq dezinformasiyalar yayan ermənilər, azərbaycanlılar arasında təşviş, qorxu yaratmaq məqsədilə yalan məlumatlar tirajlamaq üçün növbəti platforma seçiblər. Düşmən bu dəfə azərbaycanlılara məxsus mail.ru poçt ünvanlarına azərbaycanlı adı ilə saxta ünvanlardan "Birabırçı vəziyyətdir, ermənilər hücuma keçiblər. Çox şəhidimiz və əsirimiz var. Orduda təşvişdir, tərəfimiz yalan məlumatlar yayır. Yazıq uşaqlar..." bu tip dezinformasiyalar yaymağa başlayıblar. Lakin bu o demək deyil ki, düşmənin bu tip dezinformasiyaları yalnız mail.ru vasitəsi ilə həyata keçiriləcək.
Eyni anda onlarla azərbaycanlılara məxsus aktiv poçt adreslərini tag edərək paylaşmaları bunun düşmənin növbəti təxribatı olduğunu təsdiq edir. Ələlxüsus da tag edilən poçt ünvanların eyni hərflə başlayan şəxslərdən ibarət olması düşmənin bu saxta məlumatı daha sürətli və xeyli sayda insana çatdırmaq məqsədi daşıdığı ortaya çıxır. Ehtimal edilir ki, düşmən artıq bu istiqamətdə də bütün cəhdlərini sınaqdan keçirməyə başlayıb.
Soydaşlarımızı, vətəndaşlarımızı bu tip mesajlara, dezinformasoiyalara inanmamağa çağırırıq!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar