Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Şurasının Baş katibi: “Hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir”

Tarix: 27-09-2020 15:06     Baxış: 3210 A- / A+
Avropa Şurasının Baş katibi: “Hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir”


“Dağlıq Qarabağda hərbi münaqişənin böyüməsi ilə bağlı xəbərlər məni çox narahat edir. Üzv dövlətlərimiz Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandıraraq məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram”.

Manevr.az-ın verdiyi xəbərə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç verdiyi bəyanatda deyib.

O, Avropa Şurası adından insan həyatını qorumaq və hərbi münaqişəyə girməmək üçün iki üzv dövlətin səlahiyyətlilərini mümkün olan hər şeyi etməyə çağırıb: “Gərginləşməni dayandırmaq üçün bütün səylər göstərilməlidir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinə üzv dövlətlərimizin bu münaqişəyə sülh yolu ilə bir həll tapmasına kömək etmək üçün etdikləri işlərdə dəstəyimizi təkrar edirik. Bu çətin vaxtlarda düşüncələrimiz hamıdan daha çox əziyyət çəkən mülki şəxslərdə - uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, münaqişədən əziyyət çəkən bütün insanlardadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar