Xəbər lenti
“Sizi Polad Bülbüloğlu işdən çıxartdırıb?” – sualına Anardan cavab
“Lider TV”-nin Rusiya üzrə xüsusi müxbiri Anar Həsənov bu televiziya kanalından işdən çıxarılması ilə bağlı yayılan məlumatlarla barədə daha bir açıqlama verib:
“Məni “Lider TV”-dən işdən çıxarıblar. Artıq bu televiziya kanalında işləmirəm. Bu barədə yayılan xəbərlər doğrudur. Mən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm, filologiya elmləri namizədiyəm. Ancaq hələ ki, əlavə bir şərh vermək istəmirəm. Çox sağ olun ki, mənimlə maraqlanırsınız”.
A.Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən işdən çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib etməsə də, o barədə danışmaq istəmədiyini deyib:
“Jurnalist həmkarlarıma böyük hörmətim var. Üzrlü sayın, ancaq mən bu məsələyə şərh vermək istəmirəm”.
Xatırladaq ki, Anar Həsənov bir neçə gün öncə Rusiyanın xarici işlər nazirinin mətbuat konfransında Sergey Lavrova “Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda rəsmi Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verib. Sergey Lavrov isə həmin suala “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” deyə cavab verib.
Bu hadisədən az sonra isə Anar Həsənov çalışdığı “Lider TV”-dən çıxarılıb. Jurnalistin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişi ilə işdən çıxarıldığı deyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar