Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!”

Tarix: 18-09-2020 13:11     Baxış: 4201 A- / A+
Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!”


“Kaspi Təhsil Mərkəzi Əli Həsənovun deyil, əslində Ramiz Mehdiyevin olub”.

Manevr.az
xəbər verir ki, konkret.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, tək Kaspi Təhsil Mərkəzi deyil, başqa məktəblər də var ki, birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə yaranıb:

“Əli Həsənovun var-dövlətinin hamısının üstü açılacaq. Həsənov onların hər birini Ramiz Mehdiyevin köməkliyi ilə əldə edib. Ramiz Mehdiyev, Əli Həsənov FETÖ-nün, yəni 5-ci kalonun üzvləridir.

Bu gün onlar dövlətə xəyanət etmiş insanlardır. Dövlətin içində dövlət yaratmaq istəyirdilər, onun da üstü açılıb. Hər ikisi də bu gün dirəniş göstərir. Ramiz Mehdiyevin 5-ci məqaləsi bir xanımın adı ilə çap edilib. Təklif edirəm ki, Ramiz Mehdiyev təcili həbs edilsin. Əli Həsənovun bütün var-dövləti FETÖ-nün köməkliyi ilə əldə etdiyi xalqın sərvətləridir.

Hazırda hər ikisi ey-işrət içində qudurğanlıq edir. Düşünürəm ki, onlar təcili həbs edilməsə, ölkədə qarışıqlıq olacaq. Onun üçün də Ramiz Mehdiyev təcili qandallanmalıdır. Abel Məhərrəmov bu gün qərbi azərbaycanlılarla görüşlər keçirib, Ramiz Mehdiyevə tərəfdaş yığmağa çalışır. Bu insanların hər biri dövlətə xəyanət edib, ölkəmizə qarşı koalisiya yaratmağa çalışırlar. Hüquq mühafizə orqanları onlar barəsində ciddi araşdırma aparılmalıdır.

Çünki onlar FETÖ, Rusiya kəşfiyyatı və ermənilərlə münasibətdədirlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar