Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama

Tarix: 09-09-2020 16:05     Baxış: 3218 A- / A+
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur "Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.

Manevr.az xəbər verir ki, sözügedən klinikadan yenisabah.az-a bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. "Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” - deyə klinikanın əməkdaşı bildirib.

Halbuki bir müddət əvvəl Əli Həsənovun "Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən "Ersek” klinikasına yerləşdirilib.

Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.

Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şey yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi. Əli Həsənovun bu açıqlamasından sonra isə yuxarıda qeyd etdiyimiz məlumat yayılmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar