Xəbər lenti
Zeynəb Xanlarovanın direktor qudası — Xəstəxanadan təzə çıxmışam, danışa bilmirəm

Ramiz Mehdiyevlə Zeynəb Xanlarovanın münasibətlərinin kəskin olması barədə tanınmış hüquqşünas Aslan İsmayılovun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu.
Qeyd edək ki, hüquqşünas Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində “canlı yayımda” qeyd edib ki, Milli Məclisin deputatları əvvəlcə R.Mehdiyevin otağından “keçməli” idilər: “Deputatlar Ramiz Mehdiyevin razılığını alırdılar. Zeynəb Xanlarova da Prezident Administrasiyasına dəvət olunub və gedib. Otaqda Ramiz Mehdiyevdən başqa Fatma Abdullazadə, Zeynal Nağdəliyev də olub. Zeynəb Xanlarova biləndə ki, onu Milli Məclisin deputatı olub-olmayacağını təsdiq etmək üçün dəvət ediblər, Ramiz Mehdiyevə ağzından çıxanı deyib və qapını çırpıb gedib. Sonra bütün informasiya vasitələri Zeynəb Xanlarovadan “xortdan” obrazı düzəltdilər. Ramiz Mehdiyev insanları necə didərgin salmağı, pisikdirməyi yaxşı bilir…”
Manevr.az bildirir ki, konkret.az bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, keçmiş deputat Zeynəb Xanlarovanın qudası Maisə Rəhimova ilə əlaqə saxlayıb.
Maisə Rəhimova bildirib ki, səhhətində problemlər var: “Xəstəxanadan təzə çıxmışam, danışa bilmirəm. Bununla bağlı Zeynəb xanımın özünə yığın”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar