Xəbər lenti
"Rəşad populyar, cəmiyyətdə qəbul edilən zəngin, koloritli simadır" - DOST TƏBRİKİ
"Bu gün Rəşad Məcidin 56 yaşı tamam olur. Ötən illər ona müdriklik obrazı qazandırsa da, məncə, hələ çox gəncdir. Nəyə görə gəncliyi xüsusi vurğulayıram? Gənclik və gəncliyin çoşğusu onun ruhunun hərəkətverici qüvvəsidir."
Manevr.az bildirir ki, bu sözlər Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun dostu, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddin doğum gününə yazdığı təbrik məktubundandı:
"Rəşad Məciddən söz düşəndə gözümün önündə şahidi olduğum bir hadisə canlanır. Hələ 90-ların əvvəllərində, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dönəmdə iqtidarla ziyalıların görüşü keçirilidi. Görüşə ünlü şairimiz Bəxtiyar Vahabzadə və digər tanınmış sənət adamları da dəvət olunmuşdular. Tribunaya çıxanlar sanki əvvəldən sözləşmişdilər, hamı çıxışını ziyalıların tənqidi üzərində qurur, tez-tez Bəxtiyar Vahabzadənin adını hallandırırdılar. Orta cərgələrin birində əyləşmiş şairin xəstəliyi sifətindən sezilirdir. Hər dəfə adı çəkiləndə başını ağır-ağır tərpədir, bəzən əsən əllərini güclə qaldırıb sanki etirazını bildirirdi…
Birdən salonun səs-küylü auditoriyasında sanki durğunluq yarandı. Həm böyük olduğundan, həm də tribuna ona yaxın qurulduğundan, qapının açılması hamının diqqətini çəkdi. Gələn Rəşad Məcid idi. O, salona boylandı, gözü Bəxtiyar Vahabzadəni tapdı, şairə tərəf addımladı, ona çatdı, qarşısında baş əyib əllərindən öpdü və yanında əyləşdi.
Rəşad Məcid dərin ruh adamıdır. Ruhunun, daxili əlamənin ona diqtə etdiklərini çəkinmədən ortaya qoymağı bacaran dəyərdir Rəşad Məcid. Rəşadın yuxarıda qeyd etdiyim ali davranışını Şirməmməd müəllimə münasibətdə də görmüşəm, Anar müəllimə münasibətdə də…
Rəşad Məcid sözün əsl mənasında ziyalıdır, yazıçıdır, gözəl şairdir, publisistdir. Ancaq onu bizə bir köynək yaxın edən jurnalistikadır. Rəşad çağdaş jurnalistikamızın peşəkar simasıdır. O, Azərbaycan jurnalistikasına “525-ci qəzet” kimi nümunəni, məktəbi bəxş etmiş peşəkardır. O, peşəkarlığında qayğıkeşliyi də, nəvazişi də, dostluğu da, yoldaşlığı da eyni dərəcədə birləşdirməyi bacarandır. Rəşad populyar, cəmiyyətdə qəbul edilən zəngin, koloritli simadır.
Bu gün Rəşad Məcidin 56 yaşı tamam olur. Ötən illər ona müdriklik obrazı qazandırsa da, məncə, hələ çox gəncdir. Nəyə görə gəncliyi xüsusi vurğulayıram? Gənclik və gəncliyin çoşğusu onun ruhunun hərəkətverici qüvvəsidir. Bu qüvvənin nəticəsidir ki, Rəşad malik olduğu dəyərlərə özünəməxsus rəng qatmaqda onları yaşadır, bəlkə də heç fərqinə varmadan həmin dəyərlərin uzunömürlülüyünü təmin edir.
Ey ruh adamı, əziz həmkar, dəyərli dost, nə yaxşı ki, dünyamızda varsan. Nə yaxşı ki, bizimləsən. Uca Tanrıdan sənə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Ömrü mənalandırmaq hər zaman sənlik olub. Əminəm ki, bundan sonra daha yaxşı bacaracaqsan. Həm də nəvələrinlə. Doğum günün – 56 yaşın mübarək olsun", - deyə Əflatun Amaşov fikrini yekunlaşdırıb.
P.S. Manevr.az ailəsi olaraq dəyərli şair dostumuz Rəşad Məcidi təbrik edir, can sağlığı və yaradıcılıq uğurları diləyirik!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar