Xəbər lenti
“Açarımızı qaytarın!” -Aida Eyvazlı Putinə AÇIQ MƏKTUB YAZDI
Azərbaycanlı jurnalist Aida Eyvazlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə açıq məktub yazıb. Manevr.az jurnalistin açıq məktubunu oxuculara təqdim edir:
“Hörmətli Vladimir Vladimiroviç Putin! Cənab Prezident!
Mən başqaları kimi Sizi tərif etməyəcəm. Çünki bizdə, azərbaycanlılarda belə bir məsəl var: “Görünən dağa bələdçi gərək deyil!”.
Siz böyük və güclü siyasətçisiniz!
Bu məktubumu da Sizə uzun tərəddüdən sonra yazıram. Həm də ona görə yazıram ki, Siz Azərbaycanın və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dostusunuz. Şərqdə və Azərbyacnda dost qardaşdan irəli sayılır. Əgər bizim ölkə ilə və bizim prezidentlə dostluğunuz varsa, demək elə mənim də dostum sayılırsınız. Sizə dost kimi müraciət edirəm.
Bilirsiniz ki, işğalçı ermənilər rus Ordusunun köməkliyi ilə 24 il bundan əvvəl işğal etdiklıəri torpaqlarımızı hələ bu gün də qaytarmırlar. Onu da bilirsiniz ki, 1992-ci il fevralın 26-da Xocalı soyqırımını da Rusiya Ordusunun 366-cı alayının iştirakı və köməkliyi ilə törədiblər. Və biz həmin ərazilərimizin uğrunda vuruşuruq, dünyadan və Sizdən ədalət gözləyirik.
Onu da xatırladım ki, 2014-ci ilin iyulun 11-də 3 nəfər azərbaycanlı – onlardan biri Kəlbəcərdə doğulmuş Rusiya vətəndaşıdır – ermənilərin işğalı altında olan tarixi torpaqlarına, vətənləri Kəlbəcərdəki ata-analarının məzarlarını ziyarətə gedərkən erməni quldurları tərəfindən girov götürüldülər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiridilər. Yəqin onu da bilməmiş deyilsiniz ki, o giröv götürülən və öldürülən insanlar milliyətcə azərbaycanlı olsalar da, onlardan biri Rusiya Federasiyasının vətəndaşıdır. Digərinin isə Rusiyada yaşamaq hüququ vardır.
Siz Türkyiədə həlak olan təyyarəçiniz üçün Türkiyə Cümhuriyyəti ilə müharibə etməyə hazırlaşırdınız. Mən inanmaq istəmirəm ki, Siz insanlar arasında dini və ya milli ayrı-seçkilik edirsiniz. Türkiyədəki vətəndaşınıza görə müharibə edəcəkdiniz, o rus əsilli idi. Bəs onda nə üçün İrəvanda girov saxlanılan vətəndaşınız Dilqəm Əsgərovu geri istəmirsiniz? Dilqəm Əsgərovun atası ağır xəstə yatağındadır. Ölmək istəyir. Oğlunu görmədən ölə bilmir. Əziyyət çəkir ölüm yatağında. Prezident olduğunuz bu ağır illərdə əli balasının ətəyinə çatmayan anaların və ataların harayını çox eşitmisiniz.
Əllbəttə dünyanın bu qarışıq zamanında , hər yerindən qan iyi gələn vaxtında böyük siyasətçilər üçün bəzən bir körpənin bir güllə qədər qiyməti olmur, lakin bəzən də bir təyyarəçi bir dövlətdən baha olur. Azərbaycanın tarixi həmişə kəşməkeşli olub. Lakin son 25 ildə qazandığı dövlət müstəqilliyindən sonra da onun üçün yaşamaq, ayaqda durmaq asan olmayıb. Mən və bütün sülhsevər azərbaycanllılar çox istəyərdik ki, dünyanın bütün körpələrinin dəyəri bir dövlətin dəyərinə bərabər olsun.
2016-cı ildə tarixi Vətənimiz Qarabağ uğrunda apardığımız “Aprel döyüşü”nü yəqin ki, unutmamısınız. Siz, Rusiyanın cənab prezidenti, regiondakı mövqeyinizdən və gücünüzdən istifadə edərək, həmin “Aprel döyüşləri”nin dayandırılmasını istədiniz! Və həmin günlərdə Azərbaycanın müdafiə naziri Xankəndinin alınması üçün əmr verdi…
Dətrhal Siz araya girdiniz… Əgər bizim işimizə qarışmasaydınız, biz öz torpaqlarımızı geri alacaqdıq. Bütün dünya şahid oldu ki, üstünlük bizim tərəfimizdədir. Bilirsiniz, niyə? Çünki biz öz torpağımız uğrunda vuruşuruq. Özgə torpağında gözümüz yoxdur. Biz də dövlət maraqlarına, starteji maraqlar xatirinə dayanmalı olduq…
Bəli beynəlxalq aləmdə elə gizli məqamlar var ki, onlara görə susmaq, geri çəkilmək lazımdır. Niyə bizim torpaqlarımız da zəbt olunanda Böyük və Qardaş Rusiya bundan narahat olmadı? Əksinə quldur dəstələrinə yardım etdi…
Cəhənnəm olsunlar… əl çəksinlər …
İndi də bu tərəfdən Sizin beynəlxalq sözçünüz deyir ki, “Qarabağ Azərbaycanın məsələsi deyil”. (?!) Ən azı “Qara bağ” sözünün toponimi və təhlili bu yerlərin biz qədim türklərin yurdu olmağına tam bir əminlikdir. Əlbəttə, buraya dünya şöhrətli türkoloq Lev Nikolayeviç Qumilyevun əsərlərindən də sitat yazardım.
Onları Siz oxumuzusunuz deyə, yazmıram. Bəlkə Qarabağ cənab Lavrova atasından qalıb? Mənə isə atamdan, babamdan,babalarımın babasından qalıb. O Rusiyanın dövlət maraqlarından, diplomatik və etik qaydalardan da keçib, Sizin başınızı üstündən belə bir bəyanat verməklə qohumlarına nə qədər sadiq olduğunu göstərdi. Dost isə qohumdan irəli olur. Siz də necə sadiq dost olduğunuzu ğöstərin! Qarabağ problemini ancaq erməni və azərbaycanlılar öz aralarında həll edə bilərlər. Axı Sizin marağınız niyə bu qədər güclüdür? Elədirsə, o zaman ədalətlə davranın, haqq tərəzisini əyilməyə qoymayın.
Hörmətli cənab Vladimir Vladimiroviç!
Bütün dünya da bilir ki, Qarabağın açarı Sizin əlinizdədir. Çox xahiş edirəm, bizim açarımızı qaytarın, çəkilin durun qıraqda, icazə verin müharibə edək. Bu döyüşdə kim udarsa, sonra qiymətini yenə özünüz verərsiniz.
Siz bizim ümumimilli lider Heydər Əliyevin də dostu idiniz. O isə ancaq kişi adamlarla dostluq edirdi. Azərbaycanda yaxşı dost haqqında deyirlər ki, “Kişi adamdır!”. Mən də Sizi “Kişi adam” kimi tanıyıram. İstəyirəm ki, bütün dünya da desin ki, “Putin Kişi adamdır!”. Və bizim açarımız özümüzə qayıdarsa, bu jestinizlə Siz tarixdə ən adil hökmüdar kimi qala bilərsiniz.
Böyük səmimiyyət və hörmətlə, azərbaycanlı jurnalist Aida Eyvazlı (Eyvazova).
18 yanvar 2017-ci il.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar