Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Belarusun Slovakiyada səfiri Lukaşenkoya qarşı çıxanları dəstəklədi

Tarix: 16-08-2020 21:28     Baxış: 4638 A- / A+
Belarusun Slovakiyada səfiri Lukaşenkoya qarşı çıxanları dəstəklədi


Belarusun Slovakiyadakı səfiri İqor Leşşenya vətənində prezident Aleksandr Lukaşenkoya qarşı küçələrə çıxan dinc aksiyaçıları dəstəklədiyini açıqlayıb.

Xarici agentliklər xəbər verir ki, bu barədə o, “Naşa Niva” Telegram-kanalda yayımladığı videomüraciətində bəyan edib.

“Mən şəhərlərdə dinc yürüşlərlə küçələrə çıxan və səslərinin eşidilməsini istəyən insanlarla həmrəyliyimi ifadə edirəm”-deyə İ.Leşşenya bildirib.

Səfir həmçinin Belarus vətəndaşlarına qarşı işgəncə və döyülmə xəbərlərindən şok olduğunu açıqlayıb.

“Jodino şəhərində anadan olan bir şəxs kimi mən “BelAZ” və “Kuzneç ağır ştamp zavodu”nun tətil edən işçilərini dəstəkləyirəm. Səmimi şəkildə inanıram ki, ölkəmin gələcəyi cəmiyyətin bütün təbəqələrinin və müxtəlif siyasi qüvvələrin nümayəndələrinin mövqelərinin nəzərə alınması üzərində qurulacaq”,-deyə səfir vurğulayıb.
Qeyd etmək lazımdır ki, İqor Leşşenya Belarusun diplomatik korpusunda müxalif mövqeyini ortaya qoyan ilk səfir sayılır. Səfir Leşşenya ölkəsində bu sahədə çalışanlar içərisində ən təcrübəlilərdən hesab olunur. Müxtəlif zamanlarda o, Belarusu Misir və İsraildə təmsil edib. 2002-2006-cı illərdə isə prezident Aleksandr Lukaşenkonun xarici siyasət və xarici iqtisadi siyasət üzrə köməkçisi vəzifəsində çalışıb.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar