Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım” – Şəbnəm Tovuzlu – VİDEO

Tarix: 19-01-2017 20:31     Baxış: 5374 A- / A+
“Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım”
"Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər"
ARB TV-nin efirində yayımlanan "Evgördü" verilişinin növbəti qonağı olan müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib.

Sevilən ifaçı qızı haqda danışıb:
"İstəyirəm qızıma pianino alım. Evin dizaynına uyğun düşünəcəyik. Qızımın həvəsi var. Rəssamlığa da marağı var. İstəmirəm sırf mənim sənətimin dalınca getsin. Oxusa daha yaxşıdır. Oxuyan uşaqdır. Uşağı bir tərəfə yönləndirmək lazımdır. Sürücü məktəbə aparanda qoymur ki, məktəbin qabağında gözləsin. Məktəbdə çox adam bilmir ki, o, mənim qızımdır. Özü istəmir. Hər şeyi düşünən uşaqdır. İstəmir ki, mənə görə ona hörmət olunsun, qiymət yazılsın. Qızımın 13 yaşı var, sabah ərə gedəcək, lakin çox böyük düşünür. Amma mən balaca olanda xalam müəllimə idi və onun adından istifadə edirdim".

Daha sonra müğənni ailəsindən və sənətə gəlişindən söz açıb:
"Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim. Qaldım Bakıda. Qızım üçün gələcək qurmaq istəyirdim. Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşınım 8-cidir. 10 ildir maşın sürürəm".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar