Xəbər lenti
Dünyanın 100 dahisi sırasında olan gənc soydaşımız — Eynşteynin ofisi ona niyə verilib?-DOSYE-ŞƏKİL
“The Telegraph” qəzetinin tərtib etdiyi dünyanın yüz dahisinin siyahısında yer alan, ABŞ-ın dünya şöhrətli fiziki Nima Ərkani-Hamidin, yəqin ki, çoxlarınızın əslən azərbaycanlı olması haqqında məlumatı yoxdur. ABŞ-da yaşayan nəzəri fizika alimi Nima Ərkani-Həmid yüksək enerjilər fizikası, kvant sahə nəzəriyyəsi və kosmologiya sahəsində araşdırmalar edən tanınmış alimlərdən biridir.
Manevr.az azedu.az-a istinadən Nima Ərkani Həmid haqqında yazını təqdim edir:
1972-ci ildə ABŞ-ın Texas şəhərində anadan olan Ərkaninin valideynləri Cənubi Azərbaycandandır, hər ikisi fizik olub.
Əslən Təbrizdən olan atası Cəfər Ərkani-Həmid İranda Apollo proqramında çalışıb. Tehranın Şərif Texnologiya Universitetinin fizika kafedrasının müdiri olub.
1970-ci illərdə ailəsi ilə birlikdə Kanadaya köçməli olan Nima Həmid orta və ali təhsilini burada alıb.
1993-cü ildə Toronto Universitetinin riyaziyyat və fizika sahəsini ortaq fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Nima Ərkani ABŞ-ın Kaliforniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Sonrakı təhsilini isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Stanford Universitetində davam etdirib.
Hamid 1999-cu ildə Kaliforniya Universiteti fizika kafedrasının müəllim heyətinə qatılıb.
2001-ci ildə Harvard Universitetində elmi fəaliyyətə başlayan azərbaycanlı alim 2002-2008-ci illərdə burada professor vəzifəsində çalışıb.
2008-ci ildən isə Nyu-Cersi ştatındakı Ətraflı Tədqiqat Mərkəzi İnstitutunun “Təbiət Elmləri” fakültəsində professor kimi fəaliyyət göstərir.
Fizika sahəsində uğurlu tədqiqatlar aparan gənc Azərbaycan əsilli alim bir çox beynəlxalq mükafatların sahibidir:
Həmyerlimiz öz fəaliyyət və araşdırmalarına görə 2003-cü ildə Avropa Fizika Cəmiyyətinin “Qribov” medalına layiq görülüb.
2005-ci ildə Harvard Universitetində professor işləyərkən mükəmməl tədris etmə qabiliyyətinə görə “Phi Beta Kappa” mükafatını əldə edib.
2008-ci ildə isə Təl-Əviv Universitetinin fizika sahəsində fəaliyyətə görə gənc alimlərə verdiyi “Raymond” və “Beverly Sackler” mükafatını qazanıb.
Tədris bacarıqlarına görə ABŞ-ın ən parlaq simalarından sayılan Nima Ərkani-Hamid 2010-cu ildə Kornell Universitetində mühazirələr deməyə başlayıb.
2013-cü ildə çəkilən “Particle Fever” (Hissəcik atəşi) adlı sənədli filmdə yer alan altı fizikdən biri olub.
Ərkani son 20 ildə fizika sahəsindəki tədqiqatlara görə “Fundamental fizikada irəliləyiş” (Breakhthrough Prize in Fundamental Physics) mükafatına layiq görülüb. Alimlər arasında “Elm Oskarı” adlanan bu mükafatın dəyəri 3 milyon dollardır.
P.S. BDU-nun Mexanika-riyaziyyat fakültəsinin müdiri, professor Arif Səlimovun azedu.az əməkdaşına danışdığı bir xatirədə Nima Həmidin daha bir uğuru üzə çıxır.
Akademik Saqdeyev bir neçə il öncə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda təşkil olunan seminarda iştirak edərkən, Nima Həmid haqqında maraqlı fikirlər irəli sürüb. O, Həmidin dünyanın yaşayan dahiləri siyahısında olmasını vurğulayıb. Həmçinin, Ərkani Həmidə hazırda çalışması üçün ABŞ-da vaxtilə böyük alim, Nobel mükafatı laureatı Albert Eynşyetnin oturduğu ofis verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar