Xəbər lenti
Lukaşenko prezident seçkilərində səs verdi
Bu gün Belarusda prezident seçkiləri keçirilir.
Manevr.az xəbər verir ki, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən məntəqədə səs verib.
O, səsvermədən sonra jurnalistlərə açıqlama verib. Lukaşenko KİV-in ölkəni xaosa sürükləməyə və sabitliyi pozmağa çalışacağı halda, dərhal cavabını alacağı ilə hədələyib.
Qeyd edib ki, Belarusda prezident seçkilərində vəziyyət nəzarət altındadır: "Bu, təkcə prezidentin deyil, mövcud hökumətin də əsas vəzifəsidir".
Qeyd edək ki, iyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar