Xəbər lenti
QAT Rusiyaya etiraz etdi -BƏYANAT

Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlaması ilə bağlı bəyanat verib.
Bəyanatda S.Lavrovun Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz bildirilib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını deməklə, həmçinin Dağlıq Qarabağdakı qondarma rejimin yekun statusu məsələsini qabartmaqla, çox böyük yanlışlığa yol verib. Bu açıqlama Rusiyanın işğalçı və imperialist niyyətlərini, işğalçı Ermənistanı birmənalı şəkildə dəstəklədiyini bir daha nümayiş etdirir. Ona görə də, Rusiya prezidenti bu məsələyə aydınlıq gətirməlidir, öz məmurunun fikrini təsdiq və ya da təkzib etməlidir”.
Həmçinin, vurğulanır ki, əgər Rusiyanın dövlət başçısı nazirin fikirlərini təsdiq edərsə, onda Rusiyanın Minsk Qrupunda vasitəçiliyinə dərhal xitam verilməlidir: “Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Əks halda, biz Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar