Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq - QAYDALAR

Tarix: 05-08-2020 10:41     Baxış: 5880 A- / A+
Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq - QAYDALAR


COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.

"ASAN Xidmət"dən verilən məlumata görə, bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin avqustun 5-dən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman “İcazələr” bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.
Vətəndaşlar yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar