Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Morqlar ölülərlə doludur – Tovuz təxribatı baş tutmayan Nikol TAXTDAN SALINIR

Tarix: 21-07-2020 15:37     Baxış: 4807 A- / A+
Morqlar ölülərlə doludur – Tovuz təxribatı baş tutmayan Nikol TAXTDAN SALINIR

“Diktator Nikol Paşinyanın anti-milli hökumətinin ömrünə bir neçə gün qalıb”.

Bu barədə “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan deyib.

Onun sözlərinə görə, Paşinyan və hökuməti bütün sahələrdə uğursuz oldu: “Xarici, iqtisadi, sosial, səhiyyə və s. Nikol Paşinyan sayəsində Ermənistan bütün dost və müttəfiq dövlətlərlə düşmən oldu. Erməni və rus xalqları arasındakı çoxəsrlik dostluq dağıdıldı. “Amerika vətəndaşı” olan Nikolun rəhbərliyi ilə Rusiya Ermənistanın strateji düşməni kimi təqdim edilir”.

Partiya sədri qeyd edib ki, Ermənistan iqtisadiyyatı gündən-günə dağılır: “Bunun səbəbi koronavirus pandemiyası deyil, Nikolların iqtiadiyyata və müəssisələrə qrup və maliyyə maraqları ilə yanaşmasıdır. Heç bir müəssisə ölkəyə investisiya yatırmır, çünki hakimiyyətdə olanlar inzibati güclərindən istifadə edərək, başqalarının əmlakını mənimsəməyə çalışır. Paşinyanın sayəsində Ermənistanın sosial siyasəti məhv oldu. Ölkədə işsizlik gündən-günə artır, yüz minlərlə soydaşımız ac və ümidsiz vəziyyətdədir”.

Asryan hesab edir ki, karantindən sonra sərhədlər açılanda böyük mühacir dalğası başlayacaq və bu, Ermənistanın yeni milli fəlakətinə çevriləcək.

“Hakimiyyət ölkənin səhiyyə sisteminin normal fəaliyyətini tamamilə sıradan çxıardı. İnsanlar təkcə koronavirusdan yox, digər xəstəliklərdən də ölürlər. Morqlar ölülərlə doludur. Paşinyan çıxış yolu kimi ölkədə diktatura rejiminin qurulmasını seçdi. Yaxın dövrdə baş nazirin parlamentə qanun qəbul etməsi üçün əmr verəcəyi istisna deyil. Biz partiya olaraq, ölkədə diktatura rejiminin qurulmasına, erməni xalqının əsarətdə saxlanılmasına, hüquq və azadlığının ələ keçirilməsinə imkan verməyəcəyik. Diktator Paşinyanın hakimiyyətinin uzadılması Ermənistan dövləti üçün fəlakətdir. Nikol Paşinyan mübarizə yolu ilə hakimiyyətdən kənarlaşdırılmalıdır”, - partiya sədri bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyəti Tovuz təxribatı ilə daxili narazılığı səngitmək istəsə də, erməni hərbi birləşmələrinin çoxsaylı itkilər verərək məğlub olması Ermənistanda narazılığı daha da artırıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar