Xəbər lenti
Akif Çovdarov nazir müavini ilə telefon danışığı haqda : "Agent kimi işləməsini düşünmüşdük"
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Manevr.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Bədəlov Zakir Dilənçi oğlunun epizodu üzrə davam edib. Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb.
Onun sözlərinə görə, qohumu Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib: "Qohumum Zakir Mustafayev evimin birinci mərtəbəsində kafe açmağı təklif etdi. Mənə borca pul verdi. 2006-cı ildə 60 min, bir neçə ay sonra 30 min dollar verdi. İşləri tamamlaya bilmədiyim üçün əlavə 10 min dollar da verdi. Zakir Mustafayev pulları ayına 5% olmaqla qaytarmamı istədi. Mən də razılaşdım. Zakir Mustafayev dedi ki, Bakıxanov qəsəbəsindəki evini tikəndə ona 150 min dollar verərəm. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməyimi istədi. 125 min dollar Abdul Həbibova verdim. Sonra o zəng edərək yenidən məndən 150 min tələb etdi. Vermədikdə Zakir Mustafayev məni silahla hədələdi. Mən bankdan kredit götürüb o pulu da verdim. Sonra məni MTN-dən Səlim Məmmədov çağırdı. Qoşum Tofiq Əliyev dedi ki, Səlim Məmmədovun yanına gedim. Mənə deyildi ki, Zakir Mustafayevə 200 min borcum var. Onu ödəməsəm ölkədən deportasiya ediləcəm. Şəxsiyyət vəsiqəmi əlimdən aldılar. Akif Çovdarov da mənim qohumumdur. Mən prrzidentə müraciət etdikdən sonra yenidən şəxsiyyət vəsiqəsi aldım".
Səlim Məmmədovun vəkili Cavid Rzazadə musavat.com-a deyib ki, Zakir Bədəlov ifadə verərkən ziddiyyətlər olub: "Zərərçəkmiş istintaqa dediyini təsdiqləyir. Amma məhkəmədə fərqli fikirlər bildirdi. Biz də məhkəmədən tələb etdik ki, istintaqa ifadəsi elan olunsun, ancaq məhkəmə buna ehtiyac olmadığını dedi".
Vəkil məhkəmədə baş verənlərlə bağlı bunları əlavə edib: "Zərərçəkmiş Zakir Bədəlov MTN zabiti Səlim Məmmədovun dostu Tofiq Əliyevin qonşusu olub. Bədəlov qonşusundan xahiş edib ki, Akif Çovdarovla görüşməsinə kömək etsin. O, Tofiq Əliyevdən Səlim Məmmədov vasitəsi Çovdarovun yanına aparılmasını istəyib. Amma Səlim Məmmədov Çovdarovun vaxtının olmadığını deyərək bu görüşü ləngidib. Ancaq sonradan Zakir Bədəlovun MTN-ə çağırılması başqa iş üzrə olub. Buna da Akif Çovdarov aydınlıq gətirdi".
Cavid Rzazadə deyib ki, Çovdarov məhkəmədə çıxışında bunları söyləyib: "Mən Gürsüctan daxili işlər nazirinin müavini ilə danışdım. Mənə bildirdi ki, Gürsütana külli miqdarda narkotik vasitə keçirilməsi ilə bağlı onlarda məlumat var. Bizdən 6 telefon nömrəsinin dinlənilməsini istədi. Həmin şəxslərdən biri də Zakir Bədəlov idi. Buna görə də onu MTN-ə dəvət etdik. Onun agent kimi işləməsini də düşünmüşdük. Amma onunla danışıq zamanı aydın oldu ki, narkotik işi ilə əlaqəsi və məlumatı yoxdur. Onunla kiməsə pul borclu olması məsələsi haqda danışıq olmayıb. Şəxsiyyət vəsiqəsinin alınması da yalandır. O, MTN-ə gələndə buraxılış məntəqəsində vəsiqəsini təqdim edib yuxarı qalxıb. Oradan da alıb, gedib".
C.Rzazadə qeyd edib ki, bu epizod üzrə şahidlərin dindirilməsi növbəti prosesdə davam edəcək. Məhkəmənim növbəti iclası yanvarın 18-nə təyin edilib.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.: Musavat.com.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar