Xəbər lenti
Prezident FETÖ-dən pul alırmış... - Atambayevlə bağlı şok iddia

Qırğızıstan prezident Almazbek Atambayevlə bağlı sensasion iddia irəli sürülüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, FETÖ ilə bağlı açılan cinayət işinin istintaqı çərçivəsində keçmiş təşkilat üzvü Hayati Küçük gözlənilməz etiraflar edib. O, təşkilatın fəaliyyət göstərdiyi ölkələrdə məmurlara, məhkəmə orqanları əməkdaşlarına, siyasətçilərə, o cümlədən Qırğızıstan dövlət başçısı Atambayevə də pul göndərdiyini iddia edib. Küçük FETÖ-nün ABŞ-da Hillari Klintona da dəstək olduğunu qeyd edib.
Küçük, həmçinin çalışdığı Gürcüstanda təşkilatın fəaliyyəti ilə bağlı hər ay ABŞ, İngiltərə və İsrail səfirliyinə hesabat verdiklərini deyib:
“Bizə müəllim olaraq gələnlər arasında Amerika vətəndaşları vardı. Daha sonra onların CİA, FBİ ilə əlaqələri olduğunun fərqinə vardıq. FETÖ məktəbləri ABŞ-dan gələn heyət tərəfindən təftiş edilirdi”.
Xatırladaq ki, bir sıra ölkələrdə FETÖ məktəbləri bağlansa da, Atambayev həmin məktəbləri bağlamaqdan imtina etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar