Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şahlar Əsgərovun “Kamilləşən düşüncə” əsəri düşüncənin fəlsəfəsidir"- Etibar Əliyev

Tarix: 15-06-2020 13:31     Baxış: 3948 A- / A+
"Şahlar Əsgərovun “Kamilləşən düşüncə” əsəri düşüncənin fəlsəfəsidir"- Etibar Əliyev

İyun ayının 15-də Fizika riyaziyyat elmləri doktoru professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 79 yaşı tamam olur.
Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz. Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri yadıma düşdü: “Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosofdur. Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur.
Mən Şahlar Əsgərovu necə tanıyıram? Böyük fizik alim kimimi? Əməkdar elm xadimi, professor kimimi? İctimai xadim kimimi? Ağsaqqal bir dost və himayədar kimimi? Müəllimim kimimi? Təhsil eksperti kimimi? Bu suallara birmənalı cavab vermək çətindir. Müəllimim Şahlar Əsgərov iti rasional düşüncəyə, analitik təhlil qabiliyyətinə malik olan bir alimdir. Müəllimim Şahlar Əsgərov əqidəsində möhkəm, siyasi mövqeyində sabit adamdır. Şahlar müəllim hansısa hadisənin məntiqi təhlilini emosional fonla birləşdirə bilir. Bu keyfiyyət sağlam düşüncənin məhsuludur. Şahlar Əsgərov ən rasional elmi təmsil etsə də təfəkkür tərzinə görə intellektualdır. Mən onu həmişə öyrənən görmüşəm. Hər hansı tədbirdə istənilən məsələ barədə söhbət gedəndə ən orijinal fikiri Şahlar müəllim söyləyir. Bu məni tələbəsi kimi çox sevindirir. Yeri gəlmişkən, onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Bu alimə xas olan mühüm keyfiyyətlərdən biridir.
Onun “Kamilləşən düşüncə” adlı fundamental əsəri Düşüncənin fəlsəfəsidir.
Əsl alimin bir əlaməti də özünü dərki ilə yanaşı, özünə sevgi, özünə hörmətidir. Daha doğrusu, insanlığa sevgi və hörmət şəxsi nümunənin prizmasından keçməlidir. Şahlar müəllim başqalarına hörmətlə yanaşmağı bacardığı kimi, özünə hörmət etdirməyi də bacarır. Onun səmimiyyəti istər-istəməz həmsöhbətini də səmimi olmağa vadar edir.
Müəllimim professor Şahlar Əsgərova uzun ömür, can sağlığı arzulayıram.

Etibar Əliyev,
Millət vəkili, Təhsil Nazirliyi yanında
İctimai Şuranın üzvü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar