Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aərbaycanda 2 milyona yaxın pul mənimsəyən məmurlar ifşa olundu

Tarix: 08-06-2020 17:26     Baxış: 5280 A- / A+
Aərbaycanda 2 milyona yaxın pul mənimsəyən məmurlar ifşa olundu

Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxsinin cinayət əməllərinə görə 2013-cü il mayın 6-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilir. Aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlov, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olublar. Nəticədə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənovun hazırladığı yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 2006-cı ilin yanvarın 1-dən 2007-ci il iyunun 10-dək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib.

Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb.

Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 2017-ci il mayın 23-də yeni cinayət işi ayrıca icraata ayrılmış və iş üzrə icraat bu ilin mayın 20-də təzələnib.

İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın adları çəkilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 2006-cı ilin yanvarın 1-dən 2007-ci il iyunun 10-dək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar