Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlər müharibə tələbi ilə aksiya keçirdi -MM-in önündə-Video

Tarix: 26-05-2020 23:14     Baxış: 4617 A- / A+
Məcburi köçkünlər müharibə tələbi ilə aksiya keçirdi

Bu gün Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan bir qrup məcburi köçkün Milli Məclisin önünə toplaşaraq aksiya keçirməyə cəhd göstəriblər.

Manevr.az xəbər verir ki, aksiya iştirakçıları işğal olunan torpaqların azad edilməsi üçün müharibə tələbi ilə çıxış ediblər. Aksiya zamanı məcburi köçkünlərin istək və tələbini əks etdirən bəyanat qəbul olunub və Milli Məclisə təqdim edilib. Bəyanatda deyilir:

"Bildiririk ki, 08.11.2019-cu il tarixdə də Qarabağla bağlı yaranmış vəziyyəti Milli Məclisdə müzakirə etmək tələbi ilə Milli Məclisə bəyanat təqdim etmişdik. Ancaq həmin vaxt çox keçmədən Milli Məclis özünü buraxdı və yeni seçkilər təyin olundu. Bizim tələbimizə heç bir cavab verilmədi. Aradan keçən müddətdə Qarabağ məsələsində vəziyyət nəinki dəyişməyib əksinə daha da pisləşib. Bu il mart ayının 31-də qondarma quruma parlament və prezident seçkiləri keçirdilər. Ondan əvvəl yerli-bələdiyyə seçkilərini sovet dövründə DQMV-nə daxil olmayan işğal etdikləri Laçın və Kəlbəcər rayonlarında da keçirməklə bir az da dərinə getdilər. Ermənistan və qondarma qurumun rəhbərliyi bu ildə nümayişkaranə şəkildə Şuşanı işğal etmələrinin 28 illiyini təntənəli şəkildə bayram etdilər. Ətraf rayonlarda məskunlaşma, tikinti-abadlıq işlərinin vüsətlə davam etdirdiklərini yayımladılar. Düşmənin qudurğanlığı o həddə çatdı ki, qondarma quruma seçdikləri prezidentin andiçmə mərasimini may ayının 21-də Ermənistan rəhbərliyinin iştirakı və təşkilatçılığı ilə Şuşa şəhərində keçirərək Azərbaycan xalqının heysiyyatı ilə oynadılar. Bütün bunlar azmış kimi bu arada İran İslam Respublikasının Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki Xudafərin kəndi yaxınlığında Araz çayı üzərindən işğalçıların hər cəhətdən işinə yarayan körpü saldığı ortaya çıxdı. Bu körpünün Azərbaycan tərəfinin razılığı ilə salınmasının açıqlanması sanki Azərbaycan xalqının boynuna asılmış dəyirman daşı təsirini bağışladı. Çox qəribədir ki, Azərbaycan rəsmiləri yenə də yas tutur ya da heç bir siyasi və təsir gücü olmayan bəyanatlarla kifayətlənirlər. Müdafiə nazirliyi, Sərhəd Qoşunları Azərbaycan dövlətini, sərhəddini pozduğu, ərazi bütövlüyünü təhdid etdiyi Azərbaycan xalqına qarşı alçaldıcı hərəkətlər etdiyi anlarda ancaq təlim keçirməklə kifayətlənir. Bəzi deputatlar da xalqı ruh düşkünlüyünə səsləyən bəyanatlar verir. Biri lazım gəlsə hələ 300 il də səbr etməkdən , biri hələ Kürə qədər də işğal olunmaq qorxusundan danışır. Odur ki, işğal olunmuş Qarabağ və ətraf rayonlardan məcburi surətdə köçürülmüş sakinlər olaraq Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətin tezliklə parlamentdə müzakirə edilməsini tələb edirik. Bu bizim haqqımız və hüququmuzdur. 28 il zülm, 28 il dözüm , 28 il səbr bəsdir. Biz yerimizə-yurdumuza və evimizə qayıtmaq istəyirik.
26.05.2020."

Manevr.az
Məcburi köçkünlər müharibə tələbi ilə aksiya keçirdi
Məcburi köçkünlər müharibə tələbi ilə aksiya keçirdi
Məcburi köçkünlər müharibə tələbi ilə aksiya keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar