Xəbər lenti
Savaş xofu İrəvanı boşaldır: belə davam etsə... – Ekspert

Müharibə gözləntisi belə Ermənistanda miqrasiya dinamikasını artıra bilər.
Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir sərhəd rolunu oynadı:
“Aprel müharibəsi həm Qarabağ məsələsində, həm də Ermənistanda çox mürəkkəb proseslərə start verdi. Ötən il Ermənistanı 60 min nəfər tərk etdi. Bundan öncə ölkəni ən pis halda 45 min nəfər tərk edirdisə, indi bu proses getdikcə sürətlənir. Danışıqlar prosesi dayanıb, ancaq müharibəyə hazırlıq gedir. Erməni cəmiyyəti hər an növbəti müharibədən ehtiyat edir. Müharibə gözləntisi belə Ermənistanda miqrasiya dinamikasını artıra bilər. Ermənistan çox acınacaqlı bir durumdadır və hər an müharibəyə hazırlıqlı bir cəmiyyət formalaşdırılır, hətta ölkə iqtisadiyyatında gedən proseslər belə bu duruma uyğun hesablanır”.
Politoloqun fikrincə, normal cəmiyyət belə bir vəziyyətdə yaşaya bilməz və bu, mövcud Ermənistan siyasi sistemi üçün sarsıdıcı zərbədir:
“Bundan qurtulmaq üçün müxalif erməni siyasi qüvvələr açıq şəkildə hakimiyyət dairələrinə çağırışlar edirlər ki, Dağlıq Qarabağla bağlı siyasətlərinə dəyişiklik etsin. Bu isə Ermənistanın daxili siyasətində, şərti desək, müharibə və sülh partiyaları arasında toqquşmaları artırır. Rusiya başa düşür ki, Ermənistanın siyasətində sülhə sifariş artır və buna görə də istəməz ki, İrəvan birbaşa hərbi ssenariyə qatılsın. Çünki bu, ən azı Azərbaycanla münasibətləri korlaya bilər. Sülh tərəfdarları və Rusiya siyasətçiləri bu il müəyyən siyasi danışıqlara gedə bilərlər, belə bir gedişatsa Ermənistan hakimiyyətinin dəyişməsinə gətirib çıxara bilər. Hər halda bu ilin aprel seçkilərində Ermənistan Milli Konqresi və ayrı-ayrı siyasətçilər Rusiyadan real siyasi dəstək alsalar, demək, Moskva doğurdan da regionda proseslərin sülh yolu ilə tənzimlənməsində maraqlıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar