Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Rəsulzadə Njdedən fərqli olaraq, Hitlerlə əməkdaşlığa getmədi"

Tarix: 17-05-2020 14:38     Baxış: 2571 A- / A+
Tural Vəlizadə: “M.Ə.Rəsulzadənin Üçüncü Reyx vaxtlarında nasist birləşməsinə komandirlik etdiyini iddia etmək hətta jurnalist üçün qeyri-peşəkarlıqdır, baş nazir üçünsə yumşaq desək ümumiyyətlə yolverilməzdir!”

"Rəsulzadə Njdedən fərqli olaraq, Hitlerlə əməkdaşlığa getmədi"


Bildiyiniz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin, əsası olmayan iddialar səsləndirib.

Manevr.az xatırladır ki, Paşinyan M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib və Azərbaycanda buna ciddi etirazlar və sərt təpkilər gəlməkdə davam edir. Tarixçilər, elm adamları və siyasətçilər Paşinyanın bu sərsəm yalanlarını tarixi fakt və sənədlərlə ifşa edirlər.

Qərbi Kaspi Universitetinin müəllimi, Bakı Dövlət Universiteti Tarix fakültəsinin doktorantı Tural VəlizadəManevr.az-a açıqlamasında bu iddiaları tarixi faktlarla inkar etdi və bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını dedi:

“Nikol Paşinyan zamanında populist jurnalist olub və baş nazir olduqdan sonra da bilikləri dayaz olaraq qalır. Paşinyana məsləhət görərdim ki, SSRİ-nin, ABŞ-ın, Böyük Britanyanın, Fransanın, Almaniyanın, Türkiyənin və Polşanın faşistlərlə bağlı arxivləri açıldıqdan sonra bu cür əsassız və gülünc iddiaları səsləndirməyə dəyməz”.

Onun sözlərinə görə, təkcə Azərbaycan tarixçiləri deyil, bu məsələni alman tarixçiləri də ciddi araşıdırıblar və Rəsulzadənin faşistlərlə əməkdaşlığa razılıq vermədiyini ortaya çıxarıblar: “Əslində faşistilər 1942-ci ildə Qafqaz mühacirətinin bəzi nüfuzlu nümayəndələrini danışıqlar üçün Berlinə toplayıblar. Məqsəd siyasi mühacirlərin arasında nasist ideyalarının yaradılması olub. Arxiv sənədlərini ətraflı araşdıran alman tarixçisi Patrik fon tsur Mülen müəyən edib ki, nasistlər Gürcüstan və Ermənistan milli komissiyalarını yaratsalar da, Rəsulzadənin adı ilə bağlı istəkləri kağız üzərində qalıb”.

Tural Vəlizadə qeyd etdi ki, faşistlər daha sonra Rəsulzadəni əməkdaşlığa çəkmək üçün dəfələrlə cəhdlər edib, lakin bu cəhdlər nəticəsiz qalıb: “Qoy Paşinyan Rəsulzadənin faşist Almaniyası barədə dedikləri yaxşı eşitsin: “Almaniya çox sayda xalqın müstəqil və azad dövlət həyatını əlindən alaraq dövlət müstəqilliyinə son qoyduğuna görə, heç vaxt Azərbaycana müstəqillik verməz.””

T.Vəlizadə həmçinin qeyd etdi ki: “Rəsulzadə Njdedən fərqli olaraq, Hitlerlə əməkdaşlığa getmədi, halbuki, o da sovet rəhbərliyinin mövqelərini bölüşmürdü; onun ayağına bu cür əlaqələri yazmaq, özü də Üçüncü Reyx vaxtlarında nasist birləşməsinə komandirlik etdiyini iddia etmək hətta jurnalist üçün qeyri-peşəkarlıqdır, baş nazir üçünsə yumşaq desək ümumiyyətlə yolverilməzdir.

"Rəsulzadə Njdedən fərqli olaraq, Hitlerlə əməkdaşlığa getmədi"


Nikol Paşinyan yaxşı olardı ki, ilk əvvəl getsin adını fəxrlə daşıdığını söylədiyi Hitlerin əsgəri və nasistlərlə əməkdaşlıq etdiyinə görə gorba-gor edilən babası Nikolay Paşinyanın tarixini araşdırsın. Ancaq görünən odur ki, “küçə inqilabı” ilə hakimiyyət başına gələn Nikol bu mövzuda başını itirib çıxmaz küçəyə düşüb.”


Qeyd edək ki, ermənilərin qəhrəmanlaşdırdığı Qaregin Njde 1940-cı ildə Vermaxtın tərkibində erməni silahlı birləşmələrinin yaradılmasında iştirak edib. 1942-ci ildə Berlində nasist hərbi administrasiyasının tərkibində yaradılmış Erməni Milli Şurasının 7 üzvündən biri olub. Qaregin Njde və Dronun yaratdığı erməni legionu faşist ordusunun tərkibində Şimali Qafqazda sovet qoşunlarına qarşı döyüşüb. Daha sonra onlar Qərb cəbhəsində müttəfiqlərə qarşı döyüşlərdə iştirak ediblər. Njde hətta sovet ordusunda xidmət edən 30-a yaxın ermənini faşistlərin xeyrinə agent kimi cəlb edib. Butün bu fəaliyyətinə görə sovet qoşunları tərəfindən tutulub və həbsxanada ölüb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar