Xəbər lenti
İş yerləri açıldıqdan sonra Bakının bu rayonunda yoluxma halları artıb - Rəsmi

Biz artıq infeksiyanın epidemiyasını nəzarət altına almışıq.
Manevr.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, son günlər ən çox yoluxma halı Bakının Nəsimi rayonunda baş verib.
"Birinci mərhələdə xəstəlik pərakəndə şəkildə yayılırdı, hər tərəfdə yoluxma müşahidə edirdik. Tətbiq olunan karantin rejimi və aparılan əks epidemik tədbirlər, testi pozitiv çıxan şəxslərlə təmasda olanların aşkarlanması ilə bu məhdudlaşdırıldı.
İndi isə iş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bu da həmin iş yerlərində yaxın təmasda olanların sosial məsafə gözləməməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, başqa sözlə desək, məsuliyyətsizliklə əlaqədardır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar